• Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 75 015

Tarix : 25-04-2015, 19:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi (80 ədəd):
220 q yağ
200-220 q kəsmik
2 st. un
2 yumurtanın sarısı
2 x.q. su
0,5-1 st. şəkər tozu

Hazırlanması:
Yağı öncədən dondurun. Sonra sürtgəcdən keçirin (çuğundur üçün olan gözü daha rahatdır).
Yağa kəsmiyi əlavə edin.
Unu əlavə edin.
Əlinizlə yaxşıca ovuşdurun.
2 yumurtanın sarısını və qaynadılmış soyuq suyu əlavə edin.
Xəmir yoğurun. Əvvəlcə o, dağınıq olacaq, amma yağ əlinizin istisindən əriyincə düzələcək.
Xəmiri folqaya büküb 1 saat soyuducuda saxlayın.
1 saat sonra sobanı yandırıb temperaturu 190 dərəcəyə ayarlayın.
Siniyə perqament döşəyin.
Masanın üzərinə un səpin. Xəmirin bir hissəsini nazik yayın. Forma və ya nəlbəki ilə 7-8 sm diametrli dairələr kəsin.
Bir boşqaba şəkər tozu tökün. Xəmirdən kəsdiyiniz dairənin bir üzünü şəkər tozuna batırın.
Şəkərə batırılmış üzü yuxarı olmaqla dairəni ovcunuza qoyun.
Əvvəlcə aypara kimi qatlayın, yenə bir üzünü şəkər tozuna batırın.
Şəkərli üzü içəri olmaqla iki qatlayın. Bir üzünü şəkər tozuna batırın.
Şəkərli üzü yuxarı olmaqla peçenyeni siniyə düzün. Bütün peçenyeləri bu qaydada hazırlayın.
Sobada 20-25 dəqiqə bişirin.

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT

Qaz ayağı peçenye resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, batırın, tozuna, üzünü, əlavə, olmaqla, qatlayın, Əvvəlcə, yuxarı, yumurtanın, Şəkərli, kəsdiyiniz, Xəmirdən, tökün, Xəmirin, səpin, olsun, dairənin, boşqaba, kəsin
BİZİ İZLƏYİN