• Qum kimi peçenya resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 833

Tarix : 30-09-2015, 20:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
250-300 qr un
200 qr kərə yağı (duzsuz və otaq temperaturunda olan)
100 qr şəkər tozu
2 ədəd yumurta sarısı (+1 yumurta sarısı xəmirin yağlanması üçün)
1 çimdik duz
küncüt

Hazırlanması:
1. İnqredientlər hazırlanır.

2. Boşqaba un və duz ələkdən keçirilərək əlavə edilir. Ardınca oraya yağ və şəkər tozu əlavə edilib əlnən qarışdırılır.

3. Nəticədə şəkildəki kimi məhlul əmələ gəlir.

4. Yumurta sarıları əlavə edilərək son dəfə qarışdırılır. Alınan xəmirdən kündə düzəldilir, üzərini qida torbası salınaraq 1 saatlıq soyuducuya yerləşdirilir.

5. Bir saatdan sonra, xəmir kündəsi soyuducudan çıxarılır və 15 dəqiqə saxlanılır. Kündədən qalınlığı 3-4 mm ölçüsü olan xəmir yoğurulur və istədiyiniz formada kəsilir. Formalarda kəsilmiş xəmirlər yağlı tavaya düzülür və üzərinə yumurta sarısı çəkilir (yumurta sarısını həmçinin 1 x/q su ilə də qarışdırmaq olar). Sonra zövqə görə üzərinə küncüt və ya şəkər tozu səpilərək, əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə bişirilir.
Üzünün nə dərəcədə qızarmasından bişmə dərəcəsini təyin etmək olar.

6. Və budur, bişən peçenyaları boşqaba əlavə edib soyumasını gözləyirik.

Qum kimi peçenya resepti - FOTO RESEPT

Qum kimi peçenya resepti - FOTO RESEPT

Qum kimi peçenya resepti - FOTO RESEPT

Qum kimi peçenya resepti - FOTO RESEPT

Qum kimi peçenya resepti - FOTO RESEPT

Qum kimi peçenya resepti - FOTO RESEPT

Qum kimi peçenya resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, əlavə, sarısı, şəkər, küncüt, dəqiqə, dərəcədə, üzərinə, xəmir, qarışdırılır, tavaya, yağlı, həmçinin, çəkilir, düzülür, xəmirlər, sarısını, formada, qalınlığı, Kündədən
BİZİ İZLƏYİN