• Bananlı fıstıq əzməli qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 13 575

Tarix : 19-07-2016, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
280 gr (2 su stəkanı) un
1 yemək qaşığı qabartma tozu
1 çay qaşığı qarğıdalı nişastası
1 çay qaşığı duz
Yarım çay qaşığı karbonat
Yarım çay qaşığı toz darçın
115 gr (1/2 su stəkanı) kərəyağ (otaq temperaturunda yumşalmış)
100 gr (1/2 su stəkanı) qəhvəyi şəkər
1/2 su stəkanı yerfıstığı əzməsi
1 ədəd yumurta
1/2 su stəkanı banan püresi
1 yemək qaşığı vanil
sobadan çıxaranda üzərinə səpmək üçün az miqdarda qəhvəyi şəkər

Hazırlanması:
İki ədəd soba qabına yağlı kağız sərin və kənarda saxlayın.
Sobanızı 180 dərəcədə isidin.
Bir qapda un, qabartma tozu, karbonat, darçın, duz və nişastanı tökün.
Başqa bir qapda banan püresi, fıstıq əzməsi, vanil və yumurtanı qarışdırın.
Böyük qabda kərəyağını qəhvəyi şəkərlə birliktə 2 dəqiqə qarışdırın.
İçinə bananlı qarışımı əlavə edin və qarışdırın.
Ən son unlu qarışımı əlavə edin və xəmir halına gələnə qədər qarışdırın.
Bu xəmirdən 1 yemək qaşığı götürün.
Boşqaba aralarında boşluq qalacak şəkildə düzün.
çəngəllə üzərinə sıxın. Sobada 8-10 dəqiqə kənarları qızarana qədər bişirin.
Çıxardıqdan sonra üzərlərinə qəhvəyi şəkər səpin və soyuyanda servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, stəkanı, qarışdırın, qəhvəyi, yemək, şəkər, banan, püresi, vanil, dəqiqə, qapda, qarışımı, əlavə, üzərinə, qədər, darçın, əzməsi, qabartma, karbonat, Yarım
BİZİ İZLƏYİN