• Duzlu qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 10 203

Tarix : 13-01-2018, 18:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 qr kərə yağı (otaq temperaturunda),
1 çay st. duru yağ,
1 ədəd yumurta (sarısı üzəri üçün), 1 x.q. sirkə,
1 ç.q. duz,
1 dessert q. şəkər tozu,
un (aparan qədər), 1 paket qabartma tozu,
2 x.q. qovrulmuş küncüt,
1 x.q. çörəkotu

Hazırlanması:
Əvvəlcə kərə yağını və duru yağı bir qaba töküb, qarışdırırıq. Yumurtanın ağı, sirkə, duz və şəkər tozu əlavə edib, yenidən qarışdırırıq. Ardınca qabartma tozu və unu az-az əlavə edərək yumşaq xəmir yoğururuq. Son olaraq küncüt və çörəkotu əlavə edib, yenidən yoğururuq. Xəmirdən qoz böyüklüyündə kündələr tutub, forma veririk. Soba qabına bir-birindən aralı şəkildə düzüb, üzərinə yumurta sarısı çəkirik. 180 dərəcə istilikli sobada 20 dəqiqə üzəri az qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, qabartma, küncüt, qarışdırırıq, yenidən, çörəkotu, yoğururuq, sarısı, yumurta, üzəri, sirkə, şəkər, şəkildə, veririk, aralı, birindən, forma, tutub, qabına, dərəcə
BİZİ İZLƏYİN