Tərkibi:Biskvit üçün:
2 ədəd yumurta,
1 st. şəkər tozu,
250 qr xama,
4 ç.q. kakao,
0.5 banka qatılaşdırılmış süd,
250 qr qoz unu,
1.5 st. un,
1 paket qabartma tozu
*Qeyd. Bu ərzaqlar bir biskvit üçün nəzərdə tutulmuşdur.
Krem üçün:
0.5 banka qatılaşdırılmış süd,
200 qr kərə yağı
Hazırlanması:Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə xama və qatılaşdırılmış süd əlavə edib, çalmağa davam edirik. Son olaraq un, qabartma tozu və kakao töküb, xəmir halını alana kimi qarışdırırıq. Bu qayda ilə iki biskvit xəmiri hazırlayırıq. Soba qabına töküb, 175 dərəcə temperaturda 40-50 dəqiqə bişiririk.
Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün qatılaşdırılmış süd və kərə yağını mikserlə çalırıq.
Biskvitlər soyuduqdan sonra hər birini bıçaq və ya sapın köməyilə iki hissəyə ayırırıq. Hər hissənin üzərini kremləyib, üst-üstə yerləşdiririk. Tortun üzərini zövqə görə bəzəyə bilərsiniz.
Nuş olsun!
Etiketlər: qatılaşdırılmış, biskvit, üzərini, mikserlə, bilərsiniz, töküb, qabartma, çalırıq, yumurta, banka, kakao, şəkər, yağını, soyuduqdan, sonra, Biskvitlər, hazırlaya, bişiririk, müddət, ərzində