• Ürək formalı tort resepti

Reseptin məlumatları Baxış sayı: 18 895

Tarix : 19-08-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
3 ədəd yumurta,
1 st şəkər tozu,
1 st un,
1 paket qabartma tozu,
1 paket vanil

*Qeyd. Bu ərzaqlar bir biskvitin hazırlanması üçündür. İki biskvit üçün ərzaqların miqdarı 2 dəfə artırılmalıdır.

Krem üçün:
2 banka qatılaşdırılmış süd,
500 qr kərə yağı,
qıda boyası

Üzəri üçün:
parlaq bəzəklər

Hazırlanması:
İlk öncə yumurta ağı və şəkər tozunu həcmi artana kimi mikserlə çalırıq. Tam bərkidikdən sonra yumurtanın sarılarını əlavə edib, çalmağa davam edirik. Üzərinə ələnmiş un, vanil və qabartma tozu töküb, yavaş qarışdırırıq ki, yumurta sönməsin. Biskvitimizin xəmiri hazır olduqdan sonra sobada 180 dərəcə istilikdə bişiririk. *Qeyd. Bu qayda ilə 2 biskvit bişirilir.

Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün yağ və qatılaşdırılmış südü mikserlə krem halını alana kimi qarışdırırıq.

Biskvit bişdikdən sonra aralarını kremləyib, üst-üstə yerləşdiririk. Üzərini rəngli krem və parlaq bəzəklərlə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, yumurta, bilərsiniz, qatılaşdırılmış, mikserlə, Biskvit, qarışdırırıq, biskvit, parlaq, paket, şəkər, qabartma, vanil, dərəcə, yerləşdiririk, istilikdə, bişiririk, qayda, sobada, olduqdan
BİZİ İZLƏYİN