• Xamalı kremlə ballı tort resepti

Reseptin məlumatları Baxış sayı: 5 557

Tarix : 5-05-2021, 18:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 6 x.q. bal
- 5 yumurta
- 1 stəkan şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 2 - 2,5 stəkan un

Krem:
- 500 qr xama
- 1 stəkan şəkər tozu
- 1 paket vanilli şəkər tozu

Hazırlanması:
Balı qabartma tozu ilə su hamamında qarışdıra-qarışdıra qızdırın (qəhvəyi rəng alınmalıdır).Yumurta sarısını ağından ayırın. Yumurta sarısını şəkər tozu ilə yaxşı çalın.Balı bir qədər soyudun, yumurta sarısına əlavə edin, yaxşı qarışdırın.Ələnmiş un əlavə edin, qarışdırın.
Yumurta ağına 1 çimdik duz əlavə edin, yaxşı çalın, xəmirə əlavə edin, ehtiyatla qarışdırın.Xəmiri 4 hissəyə bölün.Sobanı qabaqcadan 180 C qədər qızdırın, korjlar 8-10 dəqiqə ərzində bişirin.Krem hazırlayın: xamanı şəkər tozu və vanilli şəkər tozu ilə yaxşı çalın.Hazır korjlara krem çəkin, tortun üzərini zövqünüzə görə bəzəyin.Tortu soyuducuda 6-7 saat saxlayın və sonra masaya verin.

Nuş olsun!
BİZİ İZLƏYİN