• Qar kraliçası tortu resepti

Reseptin məlumatları Baxış sayı: 64 318

Tarix : 26-02-2020, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 q şəkər tozu
2 yumurta
165 q bitki yağı
5 q darçın
6 q soda
185 q un
100 q yerkökü
50 q kişmiş
50 q qoz

Krem üçün:
150 q qatı qaymaq
300 q maskarpone pendiri
50 q kərə yağı
100 q şəkər pudrası
2 ç.q. "Kuantro" likörü

Bəzək üçün:
200 q çalınmış qaymaq
150 q ağ şokolad
karamel muncuqlar

Hazırlanması:
Xəmir üçün yumurtanı şəkərlə çalın, yağı əlavə edib bircinsli qarışıq alınanadək çalın. Darçını soda və unla qarışdırıb yumurtayla şəkərə əlavə edin, qarışdırın, sürtgəcin xırda gözündən keçirilmiş yerkökü, kişmiş, xırdalanmış qoz əlavə edib yenə qarışdırın.
Alınan xəmiri yağlanmış siniyə töküb 170 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Biskviti soyudub 3 korja bölün.

Krem üçün pendiri mikserlə çalın, yumşaldılmış yağ, şəkər pudrası, likör qatıb yenə qarışdırın. Çalınmış qaymaq əlavə edib qarışdırın.

Korjların üzərinə krem yaxmaqla üst-üstə qoyun. Üstünə və kənarlarına çalınmış qaymaq çəkin, ağ şokolad yonqarı səpin. Karamel muncuqlarla bəzəyin.
Qar kraliçası tortu resepti


Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, qaymaq, şəkər, çalın, pendiri, pudrası, Xəmir, çalınmış, kişmiş, şokolad, yerkökü, bölün, yumşaldılmış, korja, likör, mikserlə, bişirin, dərəcə, töküb
BİZİ İZLƏYİN