Tərkibi:200 q üyüdülmüş badam
200 q şəkər pudrası
3 damcı vanil cövhəri
2 yumurtanın ağı
Hazırlanması:Badamın üzərinə qaynar su tökün. Su soyuyanda badamın qabığını təmizləyin.
Badamı 100 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə qurudun. Çalışın ki, rəngi dəyişməsin. Tam soyudun.
Sonra üyüdün. Ləyənə qoyun.
Şəkər pudrasını ləyəndəki badam ununun üzərinə ələyin.
Vanil cövhəri ilə yumurta ağlarını əlavə edin. Qarışdırın. Qatı kütlə alınmalıdır. Əgər çiy yumurtadan qorxursunuzsa, onun əvəzinə brendi ilə qarışdırılmış su götürə bilərsiniz.
Eynicinsli plastik kütlə alınanadək yoğurun.
Aromatizator, yaxud qida boyaları da əlavə etmək olar. Əgər boya qurudursa, onları çox az miqdarda suda həll edin, əks halda martsipan həddən artıq yapışqan olacaq, zəhlənizi tökəcək.
Martsipanı əlinizlə yoğurun, lazım gəldikcə şəkər pudrası qatın.
Martsipanı qida plyonkasına hava keçməyəcək dərəcədə büküb soyuducuda saxlamaq lazımdır.
Onun saxlanma müddəti 3 aydır (soyuducuda).
* Qeydlər:
- Əgər martsipan dağılırsa, deməli, şəkər pudrasını çox etmisiz. Bu halda ona 40-50 ml distillə edilmiş su qatıb yenidən yoğurun.
- Bütün şəkər pudrasını birdəfəyə tökməyin. Belə etsəniz, martsipan quru alınar, belə kutlədən fiqur düzəltmək çətinləşər.
- Martsipana əlavə dad vermək üçün ona gül suyu, vanil cövhəri, yaxud kokos cövhəri vurmaq olar.
Martsipandan fiqurların hazırlanması:
Nuş olsun!
Etiketlər: şəkər, cövhəri, pudrasını, əlavə, martsipan, yoğurun, kütlə, badam, Martsipanı, yaxud, halda, vanil, soyuducuda, pudrası, üzərinə, plyonkasına, qatın, gəldikcə, lazım, keçməyəcək