• Eskimo tortu resepti

Reseptin məlumatları Baxış sayı: 42 348

Tarix : 27-06-2015, 16:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:

380 q un
25 q kakao
3 yumurta
280 q şəkər tozu
8 x.q. su
5 q soda
1 ç.q. vanil

krem:
45 q un
3 yumurta
280 q şəkər tozu
280 q yağ
10 q vanil cövhəri
300 ml süd

qlazur:
65 q şəkər tozu
65 q yağ
35 q kakao
70 ml xama

Hazırlanması:
Yumurtanın ağı ilə sarısını ayırın. Yumurta sarılarını şəkər tozu ilə çalın. Ağlarını da ayrı qabda çalın.
Yumurta sarılarına vanil qatıb çalınmış yumurta ağları, su və kakao ilə qarışdırın.
Tədricən un əlavə edib qarışdırın.
Sinini yağlayın, xəmiri içinə tökün. 190 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.
Krem: şəkər tozu və yumurtaları çəngəllə çalın, sonra un və südü əlavə edib mikserlə çalın.
Vam odun üzərinə qoyub köpük yarananadək qızdırın. Soyudun.
Yağa vanil əlavə edərək çalın. Soyuq bişmiş kremlə birləşdirin.
Qlazur: xama, kakao, yağ və şəkər tozunu qarışdırıb şəkər tozu əriyənədək bişirin.
Korjun üzərinə kremi bərabər qaydada çəkib soyuducuda 2 saat saxlayın.
Üzərinə qlazur çəkin.

Nuş olsun!
Etiketlər: şəkər, çalın, kakao, vanil, əlavə, yumurta, bişirin, Yumurta, qlazur, qarışdırın, üzərinə, bişmiş, kremlə, birləşdirin, Soyuq, yarananadək, köpük, qoyub, Qlazur, qızdırın
BİZİ İZLƏYİN