• Tavada qatılaşdırılmış südlə tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 66 667

Tarix : 17-11-2015, 13:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4

Tərkibi:
korjlar üçün:
600 q un
1 banka qatılaşdırılmış süd
1 yumurta
1 ç.q. söndürülmüş soda, yaxud qabartma tozu

krem:
750 ml süd
200 q kərə yağı
300 q şəkər tozu
2 yumurta
5 x.q. un
vanilli şəkər

əlavə:
0,5 st. qoz, yaxud araxis

Hazırlanması:
Dərin qaba qatılaşdırılmış südü tökün, yumurta, ələnmiş un və qabartma tozunu əlavə edin. Ələ yapışmayan, elastik xəmir yoğurun.
Xəmiri 8 bərabər hissəyə bölün. Hər birini 26-27 sm diametrində yayın.
Quru tavada hər iki üzü qızılı rəng alanadək bişirin. Korjlar tez bişir. Hazır korjları soyudun, kənarlarını hamarlayın (ovuntuqlar tortun üzərinə səpiləcək).
Bişmiş krem: qazana süd tökün, yumurta, şəkər tozu, vanilli şəkər və un əlavə edin. Qarışdırıb ocağın üstünə qoyun. Dayanmadan qarışdıraraq qatılaşanadək bişirin - təxminən 5 dəqiqə. Sonra ocaqdan götürün, yağ əlavə edib mikserin aşağı sürətində çalın.
Korjların arasına isti krem çəkməklə üst-üstə düzün.
Ovuntuqları bir az da xırdalayın, xırdalanmış qozla (araxislə) qarışdırın. Tortun üzərinə krem çəkib, bu qarışığı səpin.
Tortu bir gecə soyuducuda saxlayın.

Tavada qatılaşdırılmış südlə tort resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, şəkər, qatılaşdırılmış, bişirin, tökün, qabartma, vanilli, üzərinə, yaxud, sürətində, ocaqdan, götürün, mikserin, çalın, aşağı, Sonra, Dayanmadan, qoyun, üstünə
BİZİ İZLƏYİN