• Şokoladlı Napoleon tortu resepti

Reseptin məlumatları Baxış sayı: 29 111

Tarix : 24-11-2015, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
550 q un
50 q kakao tozu
200 ml su
50 ml espresso
40 q əridilmiş kərə yağı
1 ç.q. duz
1 ç.q. şəkər tozu
300 q kərə yağı

1-ci krem:
400 ml süd
100 ml acı qəhvə
5 yumurtanın sarısı
120 q şəkər tozu
70 q un
50 q tünd şokolad

2-ci krem:
150 q otaq temperaturunda kərə yağı
30 ml süd
100 q şəkər pudrası

Hazırlanması:
Xəmir:
Ələnmiş una duz və şəkər tozu qatın, ortasında çala açın, su, qəhvə və əridilmiş kərə yağı əlavə edin. Bərk xəmir yoğurun. Kündələyib plyonkaya bükün, soyuducuda 1 saat saxlayın.

300 q kərə yağını perqamentə büküb 1 sm qalınlıqda, düzbucaqlı formada yayın. Soyuducuda 1 saat saxlayın.

1 saat sonra xəmiri çıxarıb uzunluğu yağın ölçüsündən iki dəfə böyük ölmaqla düzbucaqlı formada yayın. Xəmirin bir yarısına yağı qoyun, o biri yarısını üstünə çəkin. Soyuducuda 40 dəqiqə saxlayın.

Sonra çıxarıb 1,5 sm qalınlıqda yayın. Kitab kimi qatlayıb soyuducuda 40 dəqiqə saxlayın. Bu proseduru daha 3 dəfə təkrarlayın. Hər dəfə xəmiri soyuducuda ən azı 30 dəqiqə saxlayın.

Xəmir hazır olanda onu 0.5 sm qalınlıqda yayın (təxminən 2 listlik). Çəngəllə deşin. 200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin. Şəbəkənin üzərində soyudun.

1-ci krem:
Tayqulpa süd, qəhvə, şəkər tozunun yarısını töküb ocağın üstünə qoyun. Buxar çıxanacan qızdırın. Ayrı qabda yumurta sarılarını şəkər tozunun qalanı ilə çalın, ələnmiş un töküb qarışdırın. Qaynar qəhvəli südün yarısını töküb yaxşıca qarışdırın (onu nazik axınla töküb sürətlə qarışdırmaq lazımdır ki, yumurta sarısı bişib lopa qalmasın). Sonra bu qarışığı ocağın üstündəki tayqulpdakı qəhvəli südün üzərinə tökün, orta itilikli ocaqda, qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürün, xırdalanmış şokolad əlavə edib əriyənədək qarışdırın. Ağzına plyonka çəkib soyudun.

2-ci krem:
Yumşaq kərə yağını şəkər pudrası ilə möhkəm çalın. Otaq temperaturunda olan süd əlavə edib bir daha çalın.

Korjları istədiyiniz ölçüdə kəsin (düzbucaqlı, yaxud dairəvi). Birinci korjin üzərinə bişmiş şokoladlı krem (1-ci krem) çəkin. Növbəti korjun altına yağlı (2-ci) kremi çəkin, şokoladlı kremin üzərinə qoyun. İkinci korjun üst üzünə şokoladlı krem çəkin, növbəti korju eyni qaydada hazırlayıb üstünə qoyun (korj+şokoladlı krem+yağlı krem+korj+şokoladlı krem+yağlı krem və s.). Beləcə, tortu yığın. Üzərinə və kənarlarına şokoladlı krem çəkin, ovuntuq səpin. Soyuducuda 12 saat saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, saxlayın, şokoladlı, çəkin, qoyun, yayın, töküb, dəqiqə, üstünə, yarısını, əlavə, çalın, qəhvə, üzərinə, Soyuducuda, yağlı, düzbucaqlı, qalınlıqda, soyuducuda, qarışdırın
BİZİ İZLƏYİN