Tərkibi:100 q kərə yağı
1 banka qatılaşdırılmış süd
2 yumurta
1 st. un
0.5 ç.q. soda
1-2 ç.q. kakao tozu
krem: 300 q xama
150 q şəkər tozu
Hazırlanması:Yağı əridin, qatılaşdırılmış süd, 2 yumurta, 1 st. un, limon şirəsində söndürülmüş soda ilə qarışdırın.
Xəmiri 3 yerə bölün, birinə kakao əlavə edin.
Hər hissəni ayrıca bişirin. 180 dərəcə qızdırılmış sobada 25-35 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
Xamanı şəkər tozu ilə mikserlə 5 dəqiqə çalın.
Kremi korjlar isti ikən az-az üzərinə çəkin. Krem axmamalı, korja hopmalıdır.
Üzərini şokolad və giləmeyvələrlə bəzəyə bilərsiniz.
Azı iki saat soyuducuda saxlayın.
Nuş olsun!
Etiketlər: şəkər, bişirin, kakao, dəqiqə, qatılaşdırılmış, yumurta, üzərinə, çəkin, axmamalı, korjlar, çalın, Xamanı, mikserlə, korja, Kremi, hopmalıdır, soyuducuda, saxlayın, olsun, bilərsiniz