• Çiyələk jeleli tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 46 455

Tarix : 16-06-2014, 17:47

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 qab çiyələkli jele
1 paket şəkərsiz vanilli pudinq
Pudinqi dadlandırmaq üçün agave siropu, bal və ya xurma suyu
2 stəkan süd
1 stəkan krem
1 xörək qaşığı toz jelatin
10-12 adət dalğalı biskvit
10-15 ədəd çiyələk

Hazırlanması:
Bu tərif üçün mən tupperwarenin şahzadə tacı qəlibini istifadə etdim. Əgər sizin yoxdursa, hər hansı bir keks qəlibi və ya bir kasa istifadə edə bilərsiniz. Tortunuzun qəlibdən asan çıxması üçün qəlibinizi istifadə etmədən əvvəl suyla yaxalayın. Tort üçün əvvəl jeleni qutunun üzərindəki tərifə görə hazırlayaraq qəlibin içinə tökün və bir az donmasını gözləyin. Jele yüngül donmağa başladığında saplarını ayırd etdiyiniz çiyələkləri böyüklüyünə görə 2 ya da 3 parçaya bölərək jelenin içinə düzün. Tez donması üçün soyuducunda gözlədin.
Çiyələk jeleli tort resepti - FOTO RESEPT

Mən bu tərif üçün şəkərsiz pudinq istifadə etdim və agave siropuyla dadlandırdım. Təbii ki bu da tamamilə seçimə bağlıdır. Siz istəsəniz normal bir vanilli pudinq istifadə edə bilərsiniz. Şəkərsiz pudinqin üzərindəki tərifə görə 2,5 stəkan süd ilə bişirilir ancaq bu tərif üçün pudinqi 1 stəkan krem və 1,5 stəkan süd istifadə edərək bişirin . Normal pudinq istifadə edəcəksinizsə bişirmək üçün 2 stəkan süd və 1,5 stəkan krem istifadə edin. Yenə şəkərsiz pudinq istifadə edəcəksinizsə pudinqi bişirdikdən sonra damaq dadına görə seçdiyiniz bir dadlandırıcını istədiyiniz miqdarda (agave siropu, bal, xurma suyu, süni dadlandırıcılar vs.) əlavə edərək damaq dadına görə dadlandırın. Mən dadlandırmaq üçün təxminən 4 xörək qaşığı agave siropu istifadə etdim.
Çiyələk jeleli tort resepti - FOTO RESEPT

Pudinq yüngül soyuyunca 1 xörək qaşığı jelatini 2 xörək qaşığı ilıq suda əridərək süzgəc köməyiylə süzərək pudinqə qatın və yaxşıca qarışdırın. Jelatini hər hansı bir mağazadan asanca tapıb ala bilərsiniz. Şkafdan çıxardığınız donmuş jelenin üzərinə yenə soyuq olan pudinqi tökün və ən üstə dalğalı biskvitləri düzün.
Çiyələk jeleli tort resepti - FOTO RESEPT

Qəlibinizin üzərini bağlayaraq ən az 3-4 saat soyuducunda gözlədin. Tortunuz kifayət qədər soyuduğunda servis qabına tərsinə çevirin və qəlibdən çıxarın. Tortunuzu dilimləyərək servis edin.
Çiyələk jeleli tort resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: istifadə, stəkan, pudinq, qaşığı, xörək, bilərsiniz, tərif, etdim, şəkərsiz, pudinqi, siropu, içinə, əvvəl, tökün, tərifə, hansı, jelenin, gözlədin, düzün
BİZİ İZLƏYİN