Tərkibi: 1 su stəkanı ilıq süd 1 paket maya 1/2 su stəkanı duru yağ 1 çay stəkanı şəkər 1 yumurta Aldığı qədər un
Krem üçün: 1 paket kakaolu tortu kremi Süd
Üzəri üçün: Şokolad sousu Pudra şəkəri
Hazırlanması: Xəmir ərzaqlarını bir qaba qoyun və az az un əlavə edib yumşaq xəmir yoğurun 1 saat mayalandırın. Tort kremini üzərindəki reseptə görə hazırlayıb soyuducuya qoyun. Mayalanan xəmirdən mandalin böyüklüyündə parçalar qoparıb soba qabına düzün. 190 dərəcə sobada altları qızarana qədər bişirin. Soyuyanda aralarını bıçaqla kəsip kremi sıxın. Üzərinəşokolad sous gəzdirib pudra şəkəri səpin.