• Mini tort resepti

Reseptin məlumatları Baxış sayı: 127 885

Tarix : 25-06-2014, 01:39

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
1 su stəkanı şəkər
1 su stəkanı soyuq dəmli çay
1 çay qaşığı darçın (darçınsızda olar)
1 su stəkanı duru yağ
2,5-3 su stəkanı un
Yarım paket qabartma tozu

Kremi üçün:
1 kq süd
2 fincan un
2 Fincan şəkər tozu
1 paket damla saqqızı
Yarım paket yağı

Hazırlanması:
Yumurta və şəkəri köpük halına gələnə qədər çırpdıqdan sonra, dəmli soyuq çayı, yağı və darçını qarışdırdıqdan sonra, unun qabarma tozunu əlavə edib 180 dərəcədə isidilmiş sobada bişməsini gözləyirik.
Keks bişdikdən sonra, su stəkanı ilə halqalar halında kəsib yaxşıca soyumağa qoyub kremini hazırlamağa başlayırıq.
Keksdən arta qalan keks parçalarını rondodan çəkib, bir kasaya alırıq.

Kremin hazırlanması:
aldığım reseptə görə əvvəlcə yağı əridib daha sonrasında unu qovurub süd əlavə edilirdi.
Mənim dünən etdiyimdə un, şəkər və unu qaynayana qədər qazanda qarışdırdım.
Qaynayan kremə əvvəlcə damla saqqızını daha sonra yarım paket sana yağını əlavə edib, ocağın altını bağladım.
Bu krem daha gözəl oldu.
Kremin 10 dəqiqə mikserlə çırpırıq.
Xalqa halında kəsilən keks parçalarının üzərinə 1 şorba qaşığı krem əlavə edib, üzərinə rondodan çəkilən keks qırıntılarınıda əlavə edirik.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, paket, sonra, şəkər, üzərinə, damla, qədər, soyuq, halında, Kremin, əvvəlcə, rondodan, dəmli, qaşığı, Yarım, etdiyimdə, dünən, qazanda, qarışdırdım
BİZİ İZLƏYİN