Tərkibi:mal dili
1 toyuğun döş əti
2 yerkökü
6-7 kartof
göyərti
15-20 şampinyon
kənd qaymağı
duz
istiot
Hazırlanmsı:Mal dilini yuyun, qaynadın. Bulyonunu atmayın. Dili təmizləyin. Toyuğun döş ətini həmin bulyonda qaynadın.
Dili, toyuğu, kartofu kubik doğrayın. Yerkökünü sürtgəcdən keçirin. Göbələyi 4-5 yerə bölün. Göyərtini xırda doğrayın.
Dili və toyuğu süzülmüş bulyonun içində qaynadın, doğranmış kartofu, sürtgəcdən keçirilmiş yerkökünü, bunlar yumşalanda göbələyi əlavə edin. Duz, istiot vurun. Ocaqdan götürəndən sonra zövqə görə kənd qaymağı və doğranmış göyərti əlavə edin.
Süfrəyə ağ çörəklə verin.
Nuş olsun!
Etiketlər: qaynadın, toyuğu, kartofu, doğrayın, əlavə, doğranmış, istiot, sürtgəcdən, qaymağı, göyərti, yumşalanda, bunlar, göbələyi, yerkökünü, keçirilmiş, bulyonun, içində, yerkökü, toyuğun, vurun