• Çupe şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 794

Tarix : 17-03-2016, 21:00

Bölmə : Şorbalar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Çupe, yaxud çupi - inklərin hazırladığı bir şorba olub. Əsas ərzaqları kartof, süd və ət olub, digərləri isə regiondan asılı olaraq (ya da aşpaz əlinin altında nə taparsa) dəyişirmiş. Bu resept üzrə Argentinanın şimal-şərqində indiyədək xörək hazırlanır.

Tərkibi:
1 baş soğan
1 x.q. kərə yağı
6 kartof
1 l süd
2 banka qarğıdalı konservi (əslində isə 6 qarğıdalı)
200 q pendir
2 yumurtanın sarısı

Hazırlanması:
Soğanı xırda doğrayıb kərə yağında qovurun.

Kartofu kubik doğrayın, qazana qoyun, qovrulmuş soğanı əlavə edib üstünə çıxanadək qaynar su tökün. Orta itilikdə ocağın üstünə qoyun.

15 dəqiqə sonra qazana qaynar süd, qarğıdalı və kubik doğranmış pendir əlavə edin. Daha 5 dəqiqə bişirin.

Ocaqdan götürün, dayanmadan taxta qaşıqla qarışdıraraq yumurta sarılarını əlavə edin. Bir neçə dəqiqə də qarışdırın.

Süfrəyə verərkən üzərinə göyərti səpin.

(Təbii ki, inklər qarğıdalı konservi deyil, qarğıdalının özündən istifadə edirdilər. Yayda hazırlamaq fikriniz olsa, altı qarğıdalını 2-3 yerə bölüb, yaxud dənələyib şorbada bişirə bilərsiniz).

Nuş olsun!
Etiketlər: qarğıdalı, dəqiqə, əlavə, qoyun, qazana, konservi, qaynar, yaxud, üstünə, kartof, pendir, kubik, qaşıqla, qarışdıraraq, sarılarını, taxta, yumurta, doğranmış, sonra, ocağın
BİZİ İZLƏYİN