• Badımcanlı kükü resepti

Reseptin məlumatları Baxış sayı: 3 458

Tarix : 14-09-2019, 12:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Badımcan – 1 kq
Soğan – 2 ədəd
Qoz – 200 qr
Yumurta – 3 ədəd
Duz, istiot – zövqə görə

Hazırlanması:
Soğan və badımcanı ayrıca ətçəkən maşında çəkirik. Sularını sıxırıq, yenə ayrıca. Tavaya bitki yağı töküb qızdırırıq və soğanı, daha sonra badımcan və qozları qızardırıq.

Bütün bunları dərin bir soba qabına qoyuruq, üstünə çırpılmış yumurtanı tökürük. Hər tərəfə eyni yayırıq ki, bütün qarışım içinə çəksin.

Qabı sobaya qoyuruq, kükü qızaran kimi demək olar ki, hazırdır. Romb şəklində doğrayırıq, soyuq ya da isti halda və ya plovun yanına qarnir kimi veririk.

Nuş olsun!
Etiketlər: qoyuruq, ayrıca, Soğan, bütün, qarışım, içinə, yayırıq, çəksin, tərəfə, çırpılmış, yumurtanı, tökürük, sobaya, üstünə, demək, plovun, yanına, qarnir, veririk, halda
BİZİ İZLƏYİN