• Pomidor konservası resepti

Reseptin məlumatları Baxış sayı: 3 784

Tarix : 16-01-2020, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kilo pomidor
1 şirin qaşığı duz
1 şirin qaşığı şəkər
Yarım çay stəkanı zeytun yağı

Hazırlanması:
Aldığınız pomidorları yuyun yaxşıca silin və kub şəklində doğrayın.

Qazana aldığınız pomidorların üzərinə duz, şəkər və zeytun yağını əlavə edin.

Ocağa alın, qazan qaynamağa başlayanda qazanı yarım saat ərzində qarışdırın.

Bankaları və qapaqlarını qaynar suda yuyun və yaxşıca qurulayın. Pomidorlar bişəndən sonra qazanı ocaqdan almadan isti halda bankalara doldurub qapaqlarını dərhal bağlayıb tərs çevirin və soyumağa buraxın.

Bankalar soyuduqdan sonra günəş olmayan bir yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: yuyun, yaxşıca, qapaqlarını, sonra, zeytun, qazanı, şirin, şəkər, qaşığı, halda, bankalara, qaynar, doldurub, almadan, ocaqdan, bişəndən, qurulayın, dərhal, pomidor, Pomidorlar
BİZİ İZLƏYİN