Tərkibi:4 kq xiyar
6 kq göy bibər
4 kq göy pomidor
4 kq kök
4 kq kələm
5 l su
250 qr duz
Sirkə tərkibli:1.5 l su
1 l sirkə
400 qr duz
Hazırlanması:4 kq xiyar, 6 kq göy bibər, 4 kq göy pomidor, 4 kq kök, 4 kq 4 yerə bölünmüş kələm götürülür, doğranır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə turşunu sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır.
Nuş olsun!
Etiketlər: sirkə, xiyar, yığılır, lazımdır, turşunu, sonra, bibər, pomidor, kələm, etməklə, günaşırı, həftədən, artıq, duzlu, boşaltmaq, xarab, götürmək, olsun, hazırlamaq, götürürlər