• Qarlı pomidor şorabası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 153

Tarix : 20-08-2014, 12:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (2 bir litrlik banka üçün):
1,2 kq təzə xırda pomidor
2 x.q. xırdalanmış sarımsaq
1 x.q. duz
2 ç.q. 9%-li sirkə
3 x.q. şəkər tozu
1 l su

Hazırlanması:
Pomidorları yuyun, təmiz, birlitrlik bankalara yığın.
Qarlı pomidor şorabası resepti - FOTO RESEPT


Üstünə qaynar su tökün, qapağını qoyun, tam soyudun.
Qarlı pomidor şorabası resepti - FOTO RESEPT


Marinad: suyu qaynadın, duz, şəkər tozu əlavə edin (tam əminlik üçün yaxşı olar ki, 1,5 l marinad hazırlayasınız, bu zaman şəkər tozu ilə duzun miqdarını müvafiq olaraq artırın).

Bankalardakı suyu süzün. Hər bankaya 1 x.q. xırdalanmış sarımsaq və 1 ç.q. sirkə əlavə edin.
Qarlı pomidor şorabası resepti - FOTO RESEPT


Qaynar marinadı üstünə töküb bankaları bağlayın. Adyala büküb soyuyanadək saxlayın. Sarımsaq bankada qar effekti yaradacaq.
Qarlı pomidor şorabası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, sarımsaq, əlavə, xırdalanmış, sirkə, süzün, bankaya, Qaynar, marinadı, Bankalardakı, artırın, müvafiq, üstünə, miqdarını, duzun, olaraq, bağlayın, bankada, Sarımsaq, effekti
BİZİ İZLƏYİN