• Yerkökülü oladi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 115

Tarix : 14-11-2014, 20:00

Bölmə : Uşaq yeməkləri / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q alma
300 q yerkökü
2 yumurta
30-50 q şəkər tozu
50 q un
bitki yağı
Yerkökülü oladi resepti - FOTO RESEPT


Hazırlanması:
Almaları təmizləyin, cecəsini çıxarıb sürtgəcin iri gözündən keçirin. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Yumurtanı şəkər tozu ilə çalın. Almanı əlavə edib qarışdırın, sonra isə yerkökünü də buraya qatın. Un vurub qarışdırın. Tavanı qızdırıb yağlayın. Oladiləri içinə qoyub 5-7 dəqiqə bişirin.
Yerkökülü oladi resepti - FOTO RESEPT

Yerkökülü oladi resepti - FOTO RESEPT

Yerkökülü oladi resepti - FOTO RESEPT

Yerkökülü oladi resepti - FOTO RESEPT

Yerkökülü oladi resepti - FOTO RESEPT

Yerkökülü oladi resepti - FOTO RESEPT

Yerkökülü oladi resepti - FOTO RESEPT

Yerkökülü oladi resepti - FOTO RESEPT


Qeyd: oladinin xeyli tərifi var, onu müxtəlif ərzaqlarla bişirmək olar. Heç bir əlahiddə dad axtarmayanlar onu adi üsulla da hazırlaya bilərlər. Bunun üçün 500 q un, 400 q isti süd, 2 ç.q. quru maya, 2 yumurta 2 x.q. şəkər tozu, 1/2 ç.q. duz və 2 x.q. bitki yağı lazım olacaq. İsti süddə mayanı əridin, şəkər tozu, 1 st. un əlavə edib qarışdırın, yarım saat gəlməsini gözləyin (barata). Sonra yumurtaları çalıb, qalan un, duz, bitki yağı ilə birlikdə barataya əlavə edin, qarışdırıb yenə 20-30 dəqiqə saxlayın.
Sonra tavanı qızdırıb bir az bitki yağı tökün və oladiləri o üz-bu üz qıpqırmızı qızardın.

Nuş olsun!
Etiketlər: şəkər, bitki, əlavə, qarışdırın, dəqiqə, sürtgəcin, keçirin, yumurta, Sonra, qızdırıb, gözündən, mayanı, əridin, yarım, gəlməsini, olacaq, hazırlaya, üsulla, bilərlər, Bunun
BİZİ İZLƏYİN