• Yeni il fişəngi salatı resepti

Reseptin məlumatları Baxış sayı: 669

Tarix : 12.06.2017, 19:00

Bölmə : Təqdimat, Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 kartof
1 toyuğun döş əti
8 yumurta
0,5 stəkan qoz
2 soğan
1 xiyar
1 yerkökü
1 çuğundur
göyərti
nar
mayonez
sirkə
duz

Hazırlanması:
Əvvvəlcə toyuq ətini suda bişirib xırda doğrayın.

Soğanı xırda doğrayıb, 20 dəqiqə sirkədə saxlayın.

Qozu blenderdən keçirin.

Kartofu, çuğunduru, yumurtaları bişirib soyudun. Yumurtanın üçünü bəzəmək üçün ayırın. Qalan yumurtaları və kartofu sürtgəcin iri gözündən, çuğunduru isə balaca gözündən ayrı-ayrılıqda keçirin.

İndi isə sürtgəcdən keçirdiyimiz ərzaqları qaba yerləşdiririk.

Bir qab götürüb üzərinə qida plyonkası çəkin. Üzərinə kartofu döşəyin. Duz səpib mayonez çəkin.

İkinci laya toyuq ətini töküb üzərinə mayonez çəkin.

Bunun üstünə sirkədə saxladığımız soğanı suyunu süzüb tökün.

Sürtgəcdən keçirilmiş yumurtanı töküb üzərinə mayonez çəkin.

Üzərinə qoz səpib yenə mayonez çəkin və nar dənələrini səpin. Rulet kimi bükün və bərkiməsi üçün bir müddət saxlayın, bərkidikdən sonra isə altdakı plyonkanı çıxardın. Ruletin hər tərəfinə mayonez çəkin. Ayırdığınız 3 yumurta ağını sürtgəcdən keçirib ruletin qıraqlarına çəkin.

Bəzədilməsi:
Ruletin üzərinə diaqonal üzrə sıra ilə sürtgəcdən keçirilmiş çuğundur, narın doğranmış göyərti, sürtgəcin balaca gözündən keçirilmiş təzə xiyar, sürtgəcdən keçirilmiş yumurta sarısı, yenidən çuğundur və s. olmaqla töküb bəzəyin. Qabın içərisində isə bişmiş yerkökü və çuğundurdan ulduzlar, dairələr kəsib, sürtgəcdən keçirilmiş yumurta sarısı ilə qarışdıraraq partlamış fişəng effekti yaradın.

Nuş olsun!

Etiketlər: çəkin, mayonez, sürtgəcdən, keçirilmiş, yumurta, üzərinə, gözündən, töküb, çuğundur, Ruletin, yumurtaları, çuğunduru, səpib, keçirin, sürtgəcin, balaca, saxlayın, kartofu, Üzərinə, sarısı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica