• Tülkü xəzi salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 627

Tarix : 13-08-2014, 12:00

Bölmə : Balıq yeməkləri / Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1 siyənək balığı
2 baş soğan
300 q marinə edilmiş göbələk
2 yerkökü
2 kartof
mayonez
2 x.q. bitki yağı

Hazırlanması:
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Kartofu yuyub qabıqlı-qabıqlı suda bişirin. Soyudun.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Yerkökünü yuyub qabıqlı-qabıqlı suda bişirin. Soyudun. Təmizləyin. Koreya üsulu yerkökü üçün olan sürtgəcdən keçirin.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Soğanı təmizləyib çox xırda doğrayın. Tavanı qızdırın, bitki yağı tökün. Orta itilikdə odda soğanı qarışdıraraq 2-3 dəqiqə qovurun.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Marinə edilmiş göbələyin suyunu süzüb yuyun. Yenidən suyunu süzün, doğrayın.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Göbələyi soğana əlavə edin. Qızılı rəng alanadək qovurun. Yağını süzün, soyudun.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Siyənəyin dərisini çıxarın, başını kəsin, içini təmizləyin.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Fileni kubik doğrayın (duzlanmış balıq yeyə bilmirsinizsə, başqa, hisə verilmiş balıqla əvəzləyə bilərsiniz).
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Salatı aralarına mayonez çəkməklə lay-düzün. 1-ci qat: kubik doğranmış siyənək + mayonez.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


2-ci lay: soğanla qovrulmuş göbələk + mayonez.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


3-cü lay: kartof + mayonez.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


4-cü lay: yerkökü +mayonez.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Salatı tülkü forması verməklə, zövqünüzə görə bəzəyə bilərsiniz.
Tülkü xəzi salatı resepti - FOTO RESEPT

Tülkü xəzi salatı resepti - FOTO RESEPT


Onu soyuducuda 3-4 saat saxlamaq gərəkdir.

Nuş olsun!
Etiketlər: mayonez, qabıqlı, yerkökü, doğrayın, kubik, bişirin, süzün, keçirin, təmizləyib, bilərsiniz, Salatı, qovurun, suyunu, Soyudun, kartof, yuyub, edilmiş, siyənək, bitki, göbələk
BİZİ İZLƏYİN