• Marinə edilmiş badımcan resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17124

Tarix : 6.08.2014, 22:20

Bölmə : Turşular, Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Badımcan
Yerkökü
Soğan
Göy soğan
Bolqar bibəri
Şəkər tozu
Duz
İstiot
Keşniş toxumu
Yağ
Su
Sirkə
Dəfnə yarpağı

Hazırlanması:
İri qazanda suya duz töküb qaynamağa qoyun.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Bu müddətdə badımcanları uzunasına ortadan yarın.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Badımcanları qaynayan suya tökün, qazanın qapağını örtün, rəngini dəyişib yumşalanda çıxarın. Buna təxminən 5-10 dəqiqə vaxt gedəcək (badımcanların qədərindən asılıdır).
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Badımcanları sudan çıxarıb maili səth üzərinə düzün.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Üzərinə bir lövhə və yük qoyun, suyunun tam axmasını gözləyin.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Bu müddətdə yerkökünü saman kimi doğrayın.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Baş soğanı, göy soğanı, bolqar bibərini və sarımsağı da xırdalayın.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Ədviyyatları unutmayın.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Qara dənəvər istiot, dəfnə yarpağı, ağ dənəvər istiot əlavə etməklə marinad bişirin. 1 litr suya 1 x.q. şəkər tozu və turşaşirin dad verəcək qədər sirkə əlavə edin. Sonra suyun hər litrinə 1 x.q. duz əlavə edin.

Bitki yağında soğanı qızılı rəng alanadək qovurun. Keşniş toxumu əlavə edin.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Göy soğan və bolqar bibəri əlavə edib qarışdırın.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Dərhal da sarımsaq, ədviyyat və göyərti qurularını əlavə edib qarışdırın.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Yerkökünü, təzə göyərtini əlavə edin, tavanı ocaqdan götürüb qarışdırın.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Badımcanları, hazırladığınız tərəvəzləri, badımcanı və marinə edəcəyiniz qabı yanaşı qoyun.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Əgər badımcanlar sulu qalıbsa, əlinizlə sıxın.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Bişirdiyiniz tərəvəz qarışığını badımcanların içinə doldurun.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Lap çox doldurmaq lazım deyil.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Badımcanları mümkün olduğu qədər sıx-sıx qaba düzün, üzərinə qaynar marinadı tökün.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Badımcanları basa-basa yığın ki, marinad üstünü tam örtsün.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Bu qabı bir həftə otaqda saxlayın. Sonra dadına baxın. Xoşunuza gəldisə, qabı soyuq yerə qoymaq olar. Amma ağzını bərk bağlayın və diqqət edin ki, marinad badımcanların üzərini tam örtsün.
Marinə edilmiş badımcan resepti - FOTO RESEPT

Marinə edilmiş badımcan resepti - FOTO RESEPT

Marinə edilmiş badımcan resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: əlavə, Badımcanları, soğanı, marinad, qarışdırın, qoyun, badımcanların, soğan, örtsün, müddətdə, bolqar, tökün, dənəvər, istiot, qədər, bibəri, yarpağı, üzərinə, toxumu, Keşniş
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Gül
Salam niyə İmişli mətbəxini yazmamısınız hansıkı orda göstərdiyiniz yeməklərdən daha ləzətli bizim yeməklətimizdir çünki dünyanın ən ləzətli ətləri bizdə olur kabablarına doyum olmaz
19 avqust 2017 17:34
2
Offline
gnl
dadli olur amma biraz zehmetlidi
17 avqust 2014 14:20
1
BİZİ İZLƏYİN