• Yerkökü içlikli badımcan şorabası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12391

Tarix : 27.03.2016, 19:00

Bölmə : Turşular, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
10 kq badımcan
5 kq yerkökü
0,5 kq sarımsaq
5 iri acı istiot
şüyüd
cəfəri
duz
şəkər tozu
mixək
qara dənəvər istiot
ağ istiot
xardal
şüyüd qurusu (toxumu)
dəfnə yarpağı
aspirin (sovet)
9%-li sirkə

Hazırlanması:
Badımcanları tərtəmiz yuyub saplağını kəsin. Sonra uzunasına yarın.
3 l suya 1 qaşıq duz tökməklə qaynadın, badımcanları salıb bişirin. Badımcanın hər tərəfi bərabər bişməlidir, buna görə də tez-tez çevirin.

Yaxşı olar ki, əlcək taxasınız, çünki badımcanları sıxmaq, üstəlik bu zaman onları əzməmək lazımdır. Qazana yığıb üstünə yük qoyun. Badımcan bir az rezin kimi olmalı, yumşaq olmamalıdır. Yəni çox bişirmək olmaz.
Yük altında 1 gecə saxlayın.

Yerkökünü sürtgəcdən keçirin. Sarımsaq, acı istiot və göyərtini ət maşınında çəkin, qarışdırın. (Yerkökünü bişirmək lazım deyil).

Badımcanların içini doldurun.

Sterilizə edilmiş bankalara ədviyyatı, dəfnə yarpağı və şüyüd qurusu qoyun.

Marinadı 1 l suya 2 x.q. duz, 0,5 x.q. şəkər tozu hesabıyla hazırlayın. Bir buğum qaynasın.

Bankalara badımcanları yığıb marinadı tökün, qapaqlarını bağlamayın. 2-3 gün, badımcan turşuyanadək qalsın. Bu müddətdə əlavə marinad tökmək lazım gəlməyəcək, çünki badımcan özü şirə buraxır, hətta bankalardan daşıb, tökülə bilər.

Badımcan turşuyandan sonra bankalardakı marinadı qazana yığıb qaynadın. Üzərində köpük əmələ gələcək, onu mütləq yığmaq lazımdır.

Sonra qaynanmış marinadı yenidən bankalara tökün, hər bankaya 1 aspirin həbi və 1 x.q. sirkə tökün. Qapağını bağlayın, çevirin, üzərini örtün. Tam soyuyanadək bu vəziyyətdə saxlayın.

Sərin yerdə qışa saxlayın.

Yerkökü içlikli badımcan şorabası resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: istiot, şüyüd, badımcanları, yığıb, saxlayın, tökün, badımcan, marinadı, lazımdır, çevirin, qaynadın, çünki, qoyun, bankalara, lazım, Sonra, bişirmək, Badımcan, Yerkökünü, şəkər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN