• Marinə edilmiş gavalı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 6768

Tarix : 17.09.2014, 19:00

Bölmə : Turşular, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2,5 kq gavalı
250 ml su
700 q şəkər tozu
4 dəfnə yarpağı
5-6 ədəd mixək
1 budaq darçın (yaxud 0,5 x.q. darçın tozu)
4-5 ədəd ağ dənəvər istiot
1 x.q. qara üyüdülmüş istiot
1/3 st. 9%-li sirkə

Hazırlanması:

Gavalılar bərk olmalıdır. Tərtəmiz yuyun. Saplaqlarını təmizləyin. Bir ləyənə yığın.

Marinad üçün: qazana şəkər tozunu, ədviyyatı, suyu və sirkəni əlavə edin. Qaynadın. Sonra gavalının üstünə tökün.

Tam soyuyanacan saxlayın (axşamdan hazırlayıb səhərə də saxlaya bilərsiniz). Soyuyandan sonra içində gavalı olan ləyəni ocağın üstünə qoyun. Qaynara düşəndə kəfini yığın. Ocaqdan götürün. Soyuyandan sonra gavalını marinaddan çıxarıb başqa qaba yığın. Marinadı yenidən qaynadıb gavalının üstünə tökün.

Dadına baxın, əgər acısı azdırsa, bir acı istiotun yarısını əlavə edə bilərsiniz. Soyuyandan sonra marinadı yenə gavalıdan ayırıb qaynadın, yenidən gavalının üstünə tökün. Tam soyuduqdan sonra sonuncu dəfə birlikdə qaynadın - qaynara düşən kimi ocaqdan götürün.

Sterilizə edilmiş bankalara yığın. Ağzını metal qapaqlarla bağlayın. Bankaları tərs çevirib ədyala bükün. Soyuyandan sonra çevirin, soyuq yerdə saxlayın.
Marinə edilmiş gavalı resepti - FOTO RESEPT

Marinə edilmiş gavalı resepti - FOTO RESEPT

Marinə edilmiş gavalı resepti - FOTO RESEPT

Marinə edilmiş gavalı resepti - FOTO RESEPT

Marinə edilmiş gavalı resepti - FOTO RESEPT

Marinə edilmiş gavalı resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: sonra, yığın, Soyuyandan, üstünə, gavalının, tökün, saxlayın, gavalı, götürün, bilərsiniz, əlavə, qaynadın, yenidən, şəkər, istiot, darçın, marinadı, gavalıdan, yarısını, ayırıb
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica