Tərkibi:500 q hazır yağlı xəmir
200-300 q qaraciyər (mal)
200 q soğan
duz
istiot
bitki yağı
Hazırlanması:Qaraciyəri bişirin (qaynara düşəndən sonra təxminən 25 dəqiqə qaynadın). Soğanı xırda doğrayıb bitki yağında qızardın. Qaraciyəri soyudun. Sürtgəcin xırda gözündən, yaxud ət maşınından keçirin. Soğanı əlavə edin, duzlayıb-istiotlayın. Qarışdırın.
Xəmiri yayın. Düzbucaqlı, yaxud kvadrat kəsin. Ortalarına iç qoyun. Qıraqlarını üstünə qatlayın. Siniyə perqament döşəyin, yaxud yağlayın. Pirojkiləri üstünə düzüb 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: yaxud, Qaraciyəri, bitki, bişirin, üstünə, xırda, dəqiqə, Soğanı, Qıraqlarını, Ortalarına, qoyun, kəsin, Qarışdırın, Xəmiri, yayın, Düzbucaqlı, kvadrat, Siniyə, dərəcə, qızdırılmış