• Yumurta arıqladır!

Reseptin məlumatları Baxış sayı: 2 168

Tarix : 22-08-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Liverpul Universitetinin alimləri təsdiq ediblər ki,gün ərzində 2 ədəd yumurta yemək qanda xolesterinin miqdarının artmasının qarşısını alır.Bu nəticəyə gəlmək üçün alimlər bir sıra tədqiqatlar aparmışlar.Tədqiqat zamanı orta yaş həddi 44 olan 450 nəfər iştirak etmişdir.

Tədqiqatda iştirak edənləri 12 qrupa ayırmışlar və onların qidalanmasına 12 həftə müddətində nəzarət edilmişdir.Birinci qrup iştirakçılara qidalanma zamanı azkalorili qidalar yemək tapşırılmışdır.İkinci qrup şəxslər isə eyni qidalanma rejimi ilə, yalnız fərq ondadır ki, onlara əlavə olaraq qida rasionlarına 2 ədəd yumurta yemək əlavə olunmuşdur.

Mütəxəssislərin sözlərinə görə, hər iki qrupun iştirakçıları eyi miqdarda – 3,5 – 4,5 kq – a yaxın yağ itirmişlər.Həmçinin onların hər birinin orqanizmində xolesterin qədəri də aşağı enmişdir.Bu müşahidə onu sübut edir ki, pəhriz saxlamaq istəyən şəxslərə yumurta yaxud bildirçin yumurtası əks təsir göstərmir, əksinə, fayda göstərir.
Etiketlər: yemək, yumurta, qidalanma, onların, zamanı, iştirak, əlavə, Həmçinin, miqdarda, yaxın, itirmişlər, birinin, iştirakçıları, Mütəxəssislərin, onlara, ondadır, yalnız, olaraq, rasionlarına, sözlərinə
BİZİ İZLƏYİN