• Yapon dietası

Reseptin məlumatları Baxış sayı: 6 282

Tarix : 28-12-2017, 20:00

Bölmə : Pəhriz (diet)


Belə hesab edilir ki, göstərilən arıqlama metodikası Yaeks yapon klinikasında hazırlanmışdır. Arıqlamaq üçün yapon dietası: o qidalanmada hansı məhdudiyyətləri tələb edir, hansı nəticəni təmin edir?

Yapon dietasının xasiyyətnaməsi
Yapon dietası 13-14 gün üçün hesablanmışdır. Onun tez-tez tətbiq etmək tövsiyyə edilmir (2-3 ildə 1 dəfə).
Qidalanmada məhdudiyyətlərə riayyət edilməsi zamanı orta hesabla itirilən çəki 7-8 kq təşkil edir (çəkinin həddən artıq olması halında 10 kq qədər atmaq mümkündür).
Optimal nəticələr əldə etmək üçün dietaya müvafiq hazırlıqdan sonra başlamaq lazımdır (1-2 həftə ərzində ratsionun kaloriliyini aşağı salın). Eləcə də dietanın sona çatma mərhələsində aramla qidalanmanın enegetik ratsionunu yüksəltmək lazımdır. Belə qaydalara riayyət edilməsi təqdirində siz nəinki arıqlaya bilər, həm də nəticədə qoruyub saxlaya da bilərsiniz.
Yapon dietasının fəaliyyət prinsipi mübadilə proseslərinin sürətləndirilməsidir – bu ərzaqların düzgün ardıcıllıqla qəbul edilməsi nəticəsində əldə edilir (bundan çıxış edərək menyunu dəyişmək və ya ərzaqların qəbul edilməsindəki ardıcıllığı pozmaq olmaz).
Tam həcmli doymaq üçün dietoloqlar çin çubuqlarından istifadə etməyi öyrənməyi məsləhət görürlər – siz istəsəniz də sürətlə yeyə bilməyəcəksiniz.
Yapon dietasının əsasını pəhriz zülallı ərzaqlar təşkil edirlər. Belə ki, proteinlər bizim orqanizmimizin tikilməsində əsas tikinti material olduqlarından, qorxmaq lazım deyil ki, kalori qıtlığı piy toxumasının deyil, əzələ toxumasının yanmasına gətirib çıxaracaq. Yüksək zülal tərkibliyi (balıq, ət, yumurta) ilə yanaşı dietada piylərin payının əhəmiyyətli dərəcə kəsilməsi müşahidə edilir (ancaq bitki yağlarından, o da məhdud miqdarda istifadə etmək olar).
Sadə karbohidratlar tam olaraq istisna edilirlər, mürəkkəb karbohidratlar (tərəvəzlər) isə menyuda iştirak edirlər.
Dieta zamanı qazsız su (günə 1.5 l az olmayaraq) və qəhvə (qara qəhvəni çayla əvəz etmək olar, yaşıl çaya da icazə verilir) qəbul etmək olar.
Faydalı elementlərin qıtlığının yaranmaması üçün vitamin-menral komplkesini qəbul etmək tövsiyyə edilir.
Dieta alkoqolu, duzu, şəkəri, istənilən xəmir məmulatlarını (menyuda göstərilənlərdən başqa) istisna edir.
Arıqlamaq üçün yapon dietasının menyusu

2-ci həftənin menyusu 1-ci həftənin menyusunu əks qaydada təkrar edir. Gündə 3 dəfə yemək lazımdır (qeyd etmək lazımdır ki, belə qidalanma rejimi dietoloqlar tərəfindən yaxşı qarşılanmır – onlar 4-6 dəfə qidalanmağı tövsiyyə edirlər). Səhər yeməyi böyük qisimdə demək olar ki, yoxdur, bu da onun qidalanma üzrə mütəxəssis tərəfindən hazırlanmasından şübhələnmək üçün əsas verir.

1 və 13-cü günlər
• Səhər yeməyi: qəhvə
• Nahar: ilıq bişirilmiş yumurta, pomidor şirəsi (evdə hazırlanmış, duzsuz), təzə və ya azacıq ədviyyə əlavə edilmiş ağ kələm, zeytun və ya küncüt yağı ilə.
• Şam yeməyi: buxara verilmiş, suda qaynadılmış və ya bişirilmiş balıq (200-250 qr.)

2 və 12-ci günlər
• Səhər yeməyi: Завтрак: doğranmış qurudulmuş və ya çovdar çörəyi dilimi, qəhvə
• Nahar: balıq (200 qr.), bitki yağı ilə tərəvəz salatı (kələm, çuğundur, pomidor, göyərti və təzə xiyardan istifadə etmək olar).
• Şam yeməyi: 100 qr. pörtlədilmiş mal əti, 200 ml. kefir

3 və 11-ci günlər
• Səhər yeməyi: qəhvə və suxarı
• Nahar: yağda qızardılmış və ya basdırılmış yunan qabaqı
• Şam yeməyi: 200 qr. mal əti, 2 əd. qaynadılmış yumurta, kələm salatı

4 və 10-cu günlər
• Səhər yeməyi: qəhvə
• Nahar: qaynadılmış kök (3 əd.), sürtgəcdən keçirilmiş pendir (15 qr.), çiy yumurta
• Şam yeməyi: meyvələr (bana və üzüm istisna olmaqla)

5 və 9-cu günlər
• Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök, limon şirəsi ilə
• Nahar: balıq (200 qr.), pomidor şirəsi (evdə hazırlanmış, duzsuz)
• Şam yeməyi: meyvələr (banan və üzüm istisna olmaqla)

6 və 8-ci günlər
• Səhər yeməyi: qəhvə
• Nahar: qaynadılmış, dərisiz toyuq əti, bitki yağı ilə kələm və ya kök salatı
• Şam yeməyi: ilıq bişirilmiş yumurta (2 əd.), limon şirəsi və bitki yağı ilə kök salatı (porsun çəkisi – 200 qr., kök çiy olmalıdır).

7-ci gün.
• Səhər yeməyi: ot çayı
• Nahar: 200 qr. qaynadılmış mal əti, bəzi meyvələr
• Şam yeməyi: istənilən günlərdən birinin şam yeməyi menyusu (3-cü gündən başqa)

14-cü gün (istəkdən asılı olaraq)
• Səhər yeməyi: qəhvə
• Nahar: balıq (200 qr.), bitki yağında kələm salatı
• Şam yeməyi: 200 qr. qaynadılmış mal əti, kefir

Əks göstəricilər
Yapon dietasının bir sıra əks göstəriciləri mövcuddur – belə baxanda ondan ancaq sağlamlıqla bağlı heç bir problemin olmaması halında istifadə etmək olar (piylənmə zamanı isə, bir qayda olaraq, tam sağlamlıq mümkün deyil). Göstərilən metodika böyrək patologiyalarına malik olan adamlar üçün xüsusilə böyük təhlükə kəsb edir – yüksək miqdarda zülal ifrazat sistemini həddən artıq yükləyir. Dietanın gedişatında ağızdan gələn iyin dəyişməsi müşahidə edilə bilər (aseton iyi gələ bilər ki, bu da qanda zülal parçalanması ərzaqlarının yolverilməz midarda artıqlığı ilə izah olunur). O faktı da nəzərə almaq mühümdür ki, dieta orqanizmə zəruri olan qidalanma elementləri ehtiyatı təqdim etmir. Heç bir halda müəyyən edilmiş dieta müddətlərini keçmək olmaz (13-14 gündən artıq müddətdə dieta saxlamayın).

Alternativ yapon dietası
Arıqlama üçün istifadə edilən, yuxarıda göstərilən yapon dietası dietoloqların tələbləri ilə daban-dabana zidd gedir. Əgər siz öz sağlamlığınızın qeydinə qalırsınızsa, onda alternativ dietaya diqqət yetirin. Ona həftə ərzində riayyət etmək lazımdır. Nətəcə 2-3 kq artıq çəkinin itirilməsi, eləcə də orqanizmin təmizlənməsi olacaqdır (axı düyü təbii sorbentdir).

Beləliklə, günlük menyuya aşağıda göstərilən ərzaqlar daxil edilməlidirlər:
• Qonur düyü (qaynadılmış) – 300 qr.
• Meyvələr – 150-240 qr.
• Tərəvəzlər – 270 qr. (salatların düzəldilməsi üçün bitki yağından istifadə etmək olar)
• Lobya – 60 qr.
• Buxara verilmiş, falqaya bükülüb bişirilmiş və ya suda qaynadılmış balıq – 120 qr.
• Aşağı yağlılıqlı süd – 100 ml.
• Bal və ya şəkər – 2 ç.q. (istisna da etmək olar)
• Yumurta – 1 əd. (hər gün və ya günaşırı yemək olar)
• Su – 1.5 l. az olmayaraq (əks göstəricilərin olmaması halında normanı artırmaq da olar)

Göstərilən dieta qidalanma üçün zəruri olan elementlərə malikdir. Ona başlamamışdan əvvəl həkimlə məsləhətləşmək lazımdır (əks göstəriciləri aradan qaldırmaq üçün).

Rəylər
Birinci variantda verilən yapon dietası tez bir zaman ərzində çəkini atmağa kömək edir, alkin o sağlamlıq üçün heç də təhlükəsiz deyil – arıqlama zamanı bəzi əlamətlər müşahidə edilə bilər – zəiflik, qıcıqlanmalar və s. Duzsuzluq rejimi faydalıdır,lakin ona davam gətirmək çətindir.

İkinci variantdakı deita daha üstünlük veriləndir – o, nəinki arıqlamağa imkan verir, həm də orqanizmi təmizləyir.
Etiketlər: yeməyi, etmək, Səhər, qaynadılmış, Nahar, qəhvə, lazımdır, günlər, yapon, istifadə, balıq, bitki, dietasının, yumurta, Yapon, salatı, istisna, kələm, dietası, artıq
BİZİ İZLƏYİN