• Su dietası

Reseptin məlumatları Baxış sayı: 4 128

Tarix : 13-08-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Su haqlı olaraq bizim həyatımızın əsası sayılır – o mübadilə proseslərində iştirak edir, orqanizmi təmizləyir və qida ilə daxil olan maddələri bölüşdürür. Su pəhrizindən arıqlamaq üçün istifadə edilir ki, həmin metodikanın sirləri haqqında bizim məqaləmizdə danışacağıq.

Arıqlamaq üçün su pəhrizi necə çalışır?
Artıq çəkidən xilas olma orqanizmə daxil olan kalorilərin miqdarının azalması hesabına baş verir. Bədən görünüşünün belə yolla korreksiya edilməsi yeni yol deyil, lakin buna baxmayaraq, məhz bu metodika kütlələri özünə cəlb edir. Niyə? Ona görə ki, siz aclığın verdiyi əziyyəti hiss etməyəcəksiniz. İstənilən su pəhrizinin əsas qaydası çoxlu miqdarda su qəbul edilməsidir – o mədəni doldurur, bunun da sayəsində iştah əhəmiyyətli dərəcədə azalır.

Daha bir mühüm amil – su mübadilə proseslərini sürətləndirir və orqanizmin təmizlənməsinə yardım edir ki, bu da çəkinin azalmasının sürətinə öz təsirini göstərir.

İstənilən su pəhrizi variantında suyu yeməyə qədər (ona görə ki, mədə dolsun) və yeməkdən 2-2.5 saat sonra içmək lazımdır. Yemək yeyən zaman maye qəbul etmək olmaz, çünki o mədə şirəsinə qarışır və qidanın həzm edilməsini pisləşdirir. Su nə qaynar, nə də buz kimi olmalı deyil (optimal hərarət: 20-40 dərəcədir).

4 həftəlik su dietası
Göstərilən pəhriz mayenin normasının fərdi qaydada müəyyən edilməsini tələb edir. Onun həcmini çəkinizi 40-a vurmaqla hesablamaq olar.Misal üçün, sizin çəkiniz 70 kq-dır – suyun gündəlik fərdi istifadə norması 70x40=2800 ml (2.8 l) təşkil edəcəkdir.
Suyun gün ərzində bərabər şəkildə bölüşdürmək lazımdır, yadda saxlayın ki, yeməkdən dərhal sonra və ya yemək zamanı maye qəbul etmək olmaz.
Əgər çoxlu maye qəbul etmək sizin üçün çətindirsə, pəhrizə tədricən keçin, 1.5 litrdən başlayın və gündəlik normanı artırın.
Mütləq olaraq aclıq hissinin oyanması halında su qəbul etmək lazımdır – dietoloqlar hesab edirlər ki, bizim orqanizmimiz tez-tez susuzluğu aclıq kimi tanıyır.
Pəhriz zamanı məsləhət görülür ki, istənilən içkiləri su ilə əvəz edəsiniz. Əgər siz bir fincan ətirli qəhvədən özünüzü saxlaya bilmirsinizsə, onu qəbul edilməli olan maye həcminə daxil etməyin – suyun normasını aşağı salmayın.
Su qazsız, süzgəcdən keçirilmiş və ya ərimiş su olmalıdır. Su xəttindən gələn və ya qaynadılmış su fayda vermir.
Belə sadə bir pəhriz sayəsində siz 1 ay ərzində 7 kq-a qədər artıq çəki ata bilərsiniz.
4 həftə sonra pəhrizi təkrar etmək olar.
Göstərilən metodikadan ilin isti fəsillərində istifadə etmək məsləhətdir, bu zamanlar mayedən istifadə tələbatı artır. Sidik ifrazı vasitəsi ilə bütün faydalı olan elementlər xaric olunduğundan, vitaminli mineral komplkesləri qəbul etmək məsləhət görülür (əks halda kalium, natrium və kalsium qıtlığı əmələ gələ bilər).
7 günlük su dietası

Tənbəllər üçün su pəhrizi – 7 günlük su pəhrizini məhz belə adlandırırlar.
Sizin etməli olduğunuz – yeməkdən 30 dəqiqə əvvəl su içməyinizdir (1-2 st.).
Rasiondan qızartmaları, şirniyyatı, şirniyyat məmulatlarını, fast-fud və qida “zibillərini” istisna etmək lazımdır.
Yerdə qalan məsələlərdə rasion olduğu kimi qala bilər – aclıq çəkmək lazım deyil.
Belə metodika nəticəsində çoxlu çəki atmağı gözləmək lazım deyil – siz 7 gün ərzində 1-2 kq atacaqsınız.

3 günlük su dietası
Göstərilən pəhrizin dəqiq çızılmış menyusu vardır. 3 gün ərizndə 2 kq artıq çəki atmaq olar.

1-ci Gün
Səhər: limon şirəsi ilə 1 st. su

Səhər yeməyi (20 dəqiqə sonra): 2 ədəd çovdar tostu, qaynadılmış yumurta, aşağı kalorili pendır qırıntısı.

İkinci səhər yeməyi: 1 st. su, 20 dəqiqə sonra – armud və ya gavalı

Nahar: 1 st. su, 20 dəqiqə sonra – 150 qr. qaynadılmış toyuq filesi, pomidor, xiyar və bir qədər brınza pendiri salatı, tost

Qəlyanaltı: 1 st. su, 20 dəqiqə sonra şaftalı

Şam yeməyi: 1 st. su, 20 dəqiqə sonra – pörtlədilmiş tərəvəzlər və 100 qr. qaynadılmış mal əti

Yatmamışdan əvvəl: 1 st. su və 1 çay qaşığı bal

2-ci Gün
Səhər: limon şirəsi ilə 1 st. su

Səhər yeməyi (20 dəqiqə sonra):2 çovdar tostu, 150 qr. aşağı kalorili kəsmik İkinci səhər yeməyi: 1 st. su, 20 dəqiqə sonra – nektarin

Nahar: 1 st. su, 20 dəqiqə sonra – 150 qr. qaynadılmış balıq, yaşıl tərəvəzlərdən salat, tost

Qəlyanaltı: 1 st. su, 20 dəqiqə sonra – alma

Şam yeməyi: 1 st. su, 20 dəqiqə sonra – qaynadılmış yumurta, kələm salatı, tost, aşağı kalorili pendir qırıntısı.

Yatmamışdan əvvəl: 1 st. su ilə 1 çay qaşığı bal

3-cü Gün
Səhər: limon şirəsi ilə 1 st. su

Səhər yeməyi (20 dəqiqə sonra): 2 çovdar tostu, yarpaq salatı, 150 qr. qaynadılmış toyuq sinəsi

İkinci səhər yeməyi: 1 st. su, 20 dəqiqə sonra – gavalı

Nahar: 1 st. su, 20 dəqiqə sonra 250 ml tərəvəz şorbası, 100 qr. qaynadılmış ət, tost

Qəlyanaltı: 1 st. su, 20 dəqiqə sonra – armud

Şam yeməyi: 1 st su, 20 dəqiqə sonra – pörtlədilmiş tərəvəz və buxara verilmiş balıq kotleti (2 əd.)

Yatmamışdan əvvəl: 1 st su ilə 1 çay qaşığı bal

Əks göstəricilər
Öd kisəsi xəstəlikləri və sidik kisəsində daş xəstəlikləri, eləcə də şəkərli diabet və ürək nasazlıqları zamanı su pəhrizindən istifadə etmək lazım deyil.

Rəylər
Su pəhrizi bağırsağın fəaliyyətini normallaşdırır, dəri, dırnaq və saçların vəziyyətini yaxşılaşdırır. Bir çoxları bu metodikanı asan və rahat hesab edilər.
Etiketlər: sonra, dəqiqə, etmək, yeməyi, qaynadılmış, qəbul, Səhər, istifadə, deyil, pəhrizi, aşağı, lazımdır, əvvəl, limon, günlük, ərzində, çoxlu, yeməkdən, qədər, dietası
BİZİ İZLƏYİN