• Xiyar dietası

Reseptin məlumatları Baxış sayı: 4 077

Tarix : 27-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Xiyar dietası əla nəticələri təmin edir. Siz “xiyar” ratsionundandan təqdim edilən variantlardan birini seçməklə buna əmin ola bilərsiniz.

Xiyar dietasının faydası nədədir?
Arıqlamaq üçün olan rəngarəng dieta dünyasında bu tərəvəz bitkisi haqqına qazanılmış xüsusi məşhurluğu ilə tanınır.Xiyarlar sellülozla zəngindirlər ki, o, bağırsağın ziyanlı toplanmalardan təmizlənməsini stimullaşdırır.
Onlar ifadəli şəkildə sidikqovucularıdlar ki, bu orqanizmdən həddən artıq olan mayenin çıxmasına imkan verir.
Mütəmadi olaraq bu tərəvəzdən istifadə edilməsi maddələr mübadiləsini yaxşılaşdırır, su-duz tarazlığını normallaşdırır, dərini təmizləyir və orqanizmi vitamin və minerallarla zənginləşdirir.
Daha bir az əhəmiyyətli olmayan fakt ondan ibarətdir ki, xiyar heç vaxt allergiya əmələ gətirmir.

Göstərilən qidalanma planı 3 gün üçün hesablanmışdır, çəki itirmə ortalama miqdarı 2-3 kq təşkil edir. Xiyar dietası zamanı qadağan altına düşür:
Duz
Şəkər
Alkoqol
Piylər
Gündəkik olaraq 2 kq xiyar yemək lazımdır.

Onlardan salat hazırlamaq, göyərti, limon şirəsi və ədviyyat əlavə etmək olar. İçmək üçün qazsız təmiz su, eləcə də şirin olmayan ot çayları içmək tövsiyyə edilir. Xiyarı kiçik porslarla, onu 5-6 dəfəlik qida qəbuluna bölməklə yemək lazımdır.

5 günlük xiyar dietası
Göstərilən dieta 5 gün davam edir. Rasiona xiyardan əlavə zülal qidası da daxildir. Belə yanaşma əzələ kütləsinin itirilməsinin qarşısını alır – sirr deyil ki, onu bizim orqanizmimiz energetik qida qismində istifadə etməyə çalışır, piyləri isə “qara gün” üçün saxlayır.

• Xiyar dietasının birinci, üçüncü və beşinci günlərində: yağsız yoqurt (kefir) və göyərti ilə xiyar salatı (rasiona çovdar suxarıları da əlavə etmək olar).

• Xiyar dietasının ikinci və dördüncü günlərində: 2 kq xiyar, eləcə də 2 ədəd ilıq bışırılmış yumurta və 200 qr. yağsız kəsmik

Həftəlik xiyar dietası

Bir həftəyə hesablanmış xiyar dietası müsətqil olaraq öz menyunuzu tərtib etmıəyə imkan verir. O aşağı kalorili olmalıdır. Gün ərzində 1,5-2,5 kq az olmayaraq xiyar yemək lazımdır.

7 günlük xiyar dietasının təxmini menyusu

Bazar ertəsi
• Səhər yeməyi: iki ədəd təzə xiyar, eləcə də qara çörəkdən tost
• Nahar: doğramac (kartofsuz) və böyük alma
• Şam yeməyi: çoxlu miqdarda göyərti ilə təzə xiyarlardan salat

Çərşənbə axşamı
• Səhər yeməyi: idi ədəd təzə xiyar, eləcə də taxıl çörəyi tikəsi və aşağıkalorili pendir dilimi
• Nahar: xiyarlardan, turp və göyərtidən hazırlanmış salat, eləcə də 50 qr. Pəhriz növlərindən pörtlədilmiş ət
• Şam yeməyi: xiyar, pomidor və göyərtidən bitki yağının əlavə edilməsi ilə salat

Çərşənbə:
• Səhər yeməyi: idi ədəd təzə xiyar və taxıl çörəyi (xlebtçı)
• Nahar: qonur düyüdən sıyıq (100 qr.), xiyar xiyar və buxarda bişirilmiş balıq (100 qr.)
• Şam yeməyi: xiyar, ağ kələm və göyərtidən, bitki yağı və limon şirəsinin əlavə edilməsi ilə hazırlanmış salat

Cümə axşamı
• Səhər yeməyi: çovdar çörəyindən tost və təzə xiyar
• Nahar: pörtlədilmiş tərəvəz (kartof məhdud miqdarda istifadə edilir), eləcə də təzə xiyar və aşağı kalorili pendir dilimi
• Şam yeməyi: sukkini, xiyar və göyərtidən limon şirəsi və bitki yağının əlavə edilməsi ilə hazırlanmış salat

Cümə
• Səhər yeməyi: taxıl xlebtsı, eləcə də iki ədəd təzə xiyar
• Nahar: kələm, yerkökü, xiyar və turpdan göyərti və bitki yağından istifadə ilə hazırlanmış salat, həmçinin böyük bir portağal
• Şam yeməyi: nazik aşağı kalorili pendir dilimi, tost və göyərti ilə xiyar salatı

Şənbə
• Səhər yeməyi: qaynadılmış yumurta, taxıl çörəyi və təzə xiyar
• Nahar: tərəvəzdən şorba püresi, eləcə də göyərti ilə xiyar salatı, pörtlədilmiş mal əti tikəsi (80-100 qr.) və armud
• Şam yeməyi: göyərti ilə xiyar salatı

Bazar:
• Səhər yeməyi: çovdar çörəyindən tost və təzə xiyar
• Nahar: doğramac porsu və böyük alma
• Şam yeməyi: sukkini, xiyar və göyərtidən limon şirəsi və bitki yağının əlavə edilməsi ilə hazırlanmış salat

Bütün günlər üçün qəlyanaltı: təzə xiyar (həddən artıq güclü aclıq hissi zamanı yatmamışdan əvvəl 200-250 ml bir faizlik yağlılıqlı kefir içmək olar)

Bütün yeddi gün ərzində qazsız su, yaşıl və qara çay və ot həlimləri içmək lazımdır (şəkər tam olaraq qadağandır). Dieta zamanı çəki itkisi 3-6 kq-a çatır.

Arıqlamaq üçün kefir-xiyar dietası
3 gün, maksimum 5 gün ərzində ancaq kefir, göyərti və xiyardan hazırlanmış kokteyllə qidalanmaq lazımdır (1,5 l birfaizli kefirə - bir baş soğan və 1-2 xiyar). Göyərti və xiyarı narın doğramaq və kefirlə qarışdırmaq lazımdır. Hər bir kokteyl porsunu bilvasitə qəbuldan əvvəl hazırlamaq gərəkdir. Çəki itkisi bir günə 1-1,5 kq-a çatır.

Əks göstərişlər
Arıqlamaq üçün xiyar dietasından aşağıda göstərilən problemlərin mövcud olması halında imtina etmək lazımdır:
• Pielonefrit
• Sistit
• Ürək-damar sisteminin ciddi xəstəlikləri
• Böyrəklərdə daşlar

Arıqlamaq üçün olan xiyar dietası balanslaşdırılmış rasionla fərqlənmir, buna görə də dietoloqlar məsləhət görürlər ki, əlavə olaraq vitamin-mineral kompleksi qəbul edəsiniz. Öz seçiminizi “xiyar” planlı qidalanma üzərində saxlamamışdan əvvəl fərdi əks göstəricilərinizin olmamasına əmin olun.
Etiketlər: xiyar, yeməyi, göyərti, əlavə, eləcə, salat, dietası, lazımdır, Səhər, Nahar, hazırlanmış, Xiyar, bitki, olaraq, göyərtidən, edilməsi, istifadə, limon, kefir, salatı
BİZİ İZLƏYİN