• Qan qrupuna görə dieta

Reseptin məlumatları Baxış sayı: 9 055

Tarix : 10-04-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Dietologiya sahəsindəki peşəkarların fikrincə çəkinin aşağı salınması üçün ən optimal variantlardan biri – qan qrupuna görə dietadır. Qan qrupuna görə dietanın məğzi aşağıdakından ibarətdir: amirekan həkim-naturoloqu Ceyms dAdamonun nəzəriyyəsinə görə bütün ərzaq məhsulları insan orqanizmi üçün onun qan qrupundan asılı olaraq faydalı, bitərəf və ziyanlı olanlara bölünürlər.

Belə ki, qan qrupuna görə müəyyən edilən dieta biləvasitə konkret orqanizmin hüceyrə quruluşu ilə əlaqədar olduğundan, eyni məhsul müxtəlif qan qruplarından olan insanlar üçün birində çəkinin azalmasına, digər qan qrupundan olan adamda isə çəkinin artmasına gətirib çıxarır. Qan qrupuna görə dieta elə həmin səbəblərin aradan qaldırılmasına istiqamətləndirilmişdir: insan üçün onun orqanizmi tərəfindən ois həzm edilən və ya toksik olan ərzaqı istisna etməklə onun orqanizmi əsasən piy toxumalarında cəmləşən toksinlərdən təmizlənməyə başlayır. Beləliklə də arıqlama prosesi baş verir.

Doktor Damonun nəzəriyyəsinə əsaslanan qan qrupuna görə qidalanmada insanlara insanın qan qrupuna müvafiq olan müxtəlif qida məhsulları lazımdır.

1-ci qan qrupu üçün dieta:
Növ 0 (1) – “Ovçu”. Bu qan qrupu – qədim olandır. Digər qruplan təkamül nəticəsində məhz həmin qrupdan əmələ gəlmişdirlər. Yer kürəsi əhalisinin 35% məhz bu növə aiddir. Güclü, özünəyetərli lider.

Güclü tərəfləri:
Gülü həzmetmə sistemi.
Güclü immunmüdafiə sistemi.
Sistemlər effektiv metabolizm və nutrogenlərin qorunması üçün yaradılmışdır.

Zəif tərəfləri:
Dietanın və ətraf mühitin dəyişikliklərinə pis uyğunlaşırlar. Hərdən immun sistemi həddən artıq fəaldır və orqanizmin özünün belə əleyhinə hərəkət edir (allergiya).

Risq qrupları:
Qan laxtalanması problemləri (pis laxtalanma).
İltihab prosesləri – artritlər.
Mədənin yüksək turşuluğu – xora.
Allergiya.
Dietik tövsiyyələr.
Yüksək proteinli dieta - ətyeyənlər.

Yaxşı: ət (donuz ətindən başqa), balıq, dəniz məhsulları, meyvə və tərəvəzlər (turşlardan savayı), ananas, çörək – çovdar – məhdud miqdarda.

Məhdudlaşdırmaq: yarma, xüsusilə də yulaf, buğda və ondan alınan məmulatları (o cümlədən buğda çörəyini). Paxla və qarabaşaq – olar.

Uzaq qaçmaq: kələm (brokkolidən başqa), buğda və ondan alınan bütün məmulatlar, qarğıdalı və ondan alınan bütün məmulatlar, marinadlar, ketçup.

İçkilər:
Yaxşıdır: yaşıl çay, itburnu, zəncəfil, nanə, kayen (qırmızı) istiot, biyan, çökə, selter suyu.
Bitərəfdir: pivə, qırmızı və ağ çaxır, çobanyastığı, jenşen, şalfey, valerian, moruq yarpağı çayları.
Uzaq qaçmaq: qəhvə, tünd içkilər, aloe, dazı, senna, exinaseya, çiyələk yarpağı

Çəkiyə nəzarət proqramı:
İstisna etmək: təzə kələm, paxlalar, qarğıdalı, buğda, sitrusları, dondurma, şəkər, marinadlar, kartof.

Kömək edirlər:
Dəniz yosunları, balıq və dəniz məhsulları, yodlaşdırılmış duz, ət (xüsusilə mal əti, qoyun əti, içalat), göyərti, salatlar, ispanaq, brokkoli, çuğundur.

Vitaminlər və qida əlavələri:
Tövsiyyə edilir: B qrupu vitaminləri, K vitamini, marqanes, yod, pankreatik vəz fermentləri.

Uzaq qaçmaq: A vitamini, E vitamini.

Fiziki hərəkətlər:
Olduqca intensiv hərəkətlilər: aerobika, xizək, qaçış, üzgüçülük.

1 qan qrupu üçün xüsusi tövsiyyələr:
1 qan qrupu üçün əsas problem – maddələr mübadiləsinin aşağı səviyyədə olmasıdır. Maddələr mübadiləsinin sürətini artırmağa və bununla da çəkinin azaldılmasına yardım etmək üçün aşağıdakı amillər mövcuddur: ratsiondan bütün buğda və ondan alınan məhsulları, qarğıdalı, paxla, mərcini çıxarmaq – onlar insulin hazırlanmasını blok edir və bununla da metabolizmi ləngidirlər.

Ratsiondan bütün kələm növlərini (brokkolidən başqa) və yarmadan alınan məmulatları çıxarmaq – onlar tireoid hormonlarının (qalxanabənzər vəz hormonları) hazırlanmasını istismar edir və bununla da metabolizmi ləngidirlər.
Tərkibində yod olan məhsulların – dəniz məmulatlarının, yosunların, göyərtinin (salatların, ispanağın, brokkolinin), yodlaşdırılmış duzun, eləcə də tireoid hormonlarının hazırlanmasını stimullaşdıran çuğundur, daykon kimi məhsulların qəbul edilməsini artırmaq. Kök ilə yarı-yarıya onlardan şirə hazırlamaq yaxşı olardı.

Ət (qırmızı), ciyər yemək. Bu məhsullar metabolizmin sürətini artırırlar.
İntensiv fiziki hərəkətlər.
Aspirin qəbul edən zaman ehtiyatlı olmaq lazımdır.

2 qan qrupu üçün dieta:
A növü (2 qrup) -
Тип А (2 группа) - "Əkinçidir". Bu növ qədim həyat tərzindən (ovçu) daha oturaq, aqrar həyat tərzinə keçid zamanı əmələ gəlmişdir. Yer kürəsi əhalisinin 37,8% - bu növün təmsilçiləridirlər. Xarakterik xüsusiyyətləri – daimilik, oturaqlılıq, kollektivə yaxşıca uyğunlaşma, təşkilatilik

Güclü tərəfləri:
Dieta və ətraf mühitinin dəyişikliklərinə yaxşı uyğunlaşırlar. Müvafiq dietaya (vegetarian) riayyət edən zaman immun və qida həzmi sistemləri effektivdirlər.

Zəif tərəfləri:
İncə (həssas) həzmetmə traktı.
Bütün yoluxmalara açıq olan zəif immun sistemi.
Sinir sisteminin yüksək həssaslığı.

Risq qrupları:
Ürək xəstəlikləri
Onkologiya
Qaraciyər, öd kisəsi xəstəlikləri.
Diabet.
Dietik tövsiyyələr
Dieta – tam vegetarianlıqdır.

Yaxşıdır: tərəvəzlər, yarma, paxlalar, meyvələr (kəskinlərdən başqa – portağal, narıngi, revend, papayya, banan, kokos), ananas.

Məhdudlaşdırmaq: şəkər, süd məhsulları (yağsız pendir, turş süd məhsulları). Yaxşı olardı ki, soya məhsullarına dəyişəsiniz: soya südü, tofu – soya kəsmiyi.

Uzaq qaçmaq: kambala, paltus, siyənək, kürü, eləcə də dəniz məhsulları.

3-cü qan qrupu üçün dieta:
B növü (3-cü rup) – “Səyyah, köçəri”

Yer kürəsində üçüncü qan qrupunun daşıyıcılarının sayı təxminən ümumi sayın 20,6% qədərdir. Bu növ irqlərin miqrasiyası nəticəsində yaranmışdır, güclü immun sistemi və balanslaşdırılmış sinir sistemi ilə fərqlənirlər. Üçüncü qan qrupundan olan insanlar “hər şey yeyəndirlər”, onlar üçün qarışıq növdən olan dieta məsləhət görülür.

Güclü tərəfləri
Güclü immun sistemi.

Dieta və ətraf mühit şərtlərinə çevik uyğunlaşma sistemi
Balanslaşdırılmış əsəb sistemi.

Zəif tərəfləri
Anadangəlmə zəif tərəfləri yoxdur, lakin dietada balansın pozulması zamanı autoimmun xəstəliklər və nadir yoluxmalara qarşı qeyri-sabitlik yarana bilər.

Risq qrupu
1-ci növ diabet

Xroniki yorğunluq sindromu

Autoimmun xəstəliklər, səpələnmiş skleroz

Dietik tövsiyyələr
Dieta qarışıqdır (balanslaşdırılmış). “Köçərilər” hər şey yeyirlər.

Yaxşıdır: ət (toyuq, qaz əti istisna olmaqla), balıq, süd məhsulları (turş süd, yağsız məhsullar daha yaxşıdır), yumurta (lap yaxşıdır), yarmalar (qarabaşaq və buğdadan başqa), paxlalılar, tərəvəzlər (qarğıdalı, pomidor balqabaq, zeytundan başqa , meyvələr (kokos və revendən başqa)).

Uzaq qaçmaq: dəniz məhsulları (molyuskalar, xərçənglər krevetlər), donuz əti və ondan hazırlanmış yeməklər, toyuq əti.

İçkilər:
Yaxşıdır: yaşıl çay, ot çayları, mərcanı, kələm, üzüm, ananas şirəsi

Bitərəfdir: portağal şirəsi, pivə, çaxır, qəhvə, qara çay

Uzaq qaçmaq: pomidor şirəsi, sodalı içkilər.

Çəkiyə nəzarət proqramı
Kömək edir: yaşıl salat, otlar, yumurta, qaraciyər, dana əti, biyan (biyan kökü), soya məhsulları

İstisna etmək: qarğadılı , mərcimək, yer fındığı, qarabaşaq, buğda, pomidor, donuz əti və ondan hazırlanmış

Vitaminlər və qida əlavələri: maqnium, lesitin, biyan

Fiziki hərəkətlər
Fiziki və psixoloji balansı tarazlaşdıran hərəkətlər: yeriş, velosiped, tennis, üzgüçülük, yoqa, tay-çi.

3-cü qan qrupu üçün xüsusi tövsiyyələr:
B növü üçün çəkinin yığılmasına səbəb olan amillər qarğıdalı, qarabaşaq sıyığı, yer fındığı və sezam dənləridirlər. Bütün bu məhsullar göstərilən növ üçün insulin ifrazını məhv edir və bununla da mübadilə proseslərinin effektivliyini aşağı salırlar. Nəticədə - yorğunluq, suyun gecikməsi, hipoqlikemiya və çəkinin artması. B növü, 0 növü kimi buğda qlüteininə reaksiya verir – metabolizm aşağı düşür. Qida effektiv şəkildə həll edilməyən və orqanizmin yanacağı kimi yanmayan zaman, o, piy şəklində toplanır. B növü üçün qlütein 0 növü üçün olduği qədər təhlükəli deyil. Lakin siz buğda və ondan əldə edilən məhsulları qarğıdalı, mərcimək, qarabaşaq və yer fındığı ilə eyni vaxtlarda qəbul etsəniz – nəticə dramatik olacaqdır.

4-cü qan qrupu üçün dieta:
Dördünbcü qan qrupunun nümayəndələrinin sayı dünyada bir o qədər də çox deyil – yer kürəsi əhalisinin cəmi 7-8%. Bu qan qrupu iki əks qütblü qan qruplarının birləşməsindən əmələ gəlir – A və B növləri. Onun daşıyıcıları isə zəif immunitet sistemi və həssas həzmetmə traktı ilə seçilirlər, bütövlükdə onlar A və B növlərinin bütün zəif və güclü tərəflərini özlərində birləşdiriblər. Dördüncü qan qrupundan olan insanlara daha çox mülayim qarışıq dieta uyğun gəlir.

Güclü tərəfləri:
Ən gənc qan qrupudur.
Çevik, olduqca həssas immun sisteminə malikdir.
A və B növlərinin üstünlüklərini özündə əks etdirir.

Zəif tərəfləri:
Həssas (zərif) həzmetmə traktı
Mikrob yoluxmalarına qarşı sabit olmayan olduqca “açıq” immun sistemi.

A və B növlərinin mənfi cəhətlərini özündə birləşdirir.

Risq qrupları:
Ürək xəstəlikləri;
Onkoloji xəstəliklər;
Anemiya

Dietik tövsiyyələr
Mülayim qarışıq dieta
Yaxşıdır: Ət (qoyun əti, dovşan, hind toyuğu), balıq, dəniz məhsullarından başqa, süd məhsulları (turş süd, yağsız pendirlər), tofu (soya kəsmiyi), paxlalılar – mülayim, zeytun yağı, trska qaraciyərinin yağı, qozlar – yer fındığı,, yunan qozu, yarmalar (qarabaşaq və qarğıdalıdan başqa), tərəvəzlər (istiot, qara zeytun, qarğıdalıdan başqa), meyvələr (kəskin və turşlardan başqa)

İçkilər:
Yaxşıdır: qəhvə, yaşıl çay, çobanyastığı, jenşen, zəncəfil, itburnu, exinaseya, yemişan çayları
Bitərəfdir: pivə, çaxır, nanə çayı, don-kuey, valerian, moruq.
Uzaq qaçmaq: aloe, senna, cökə və ondan hazırlanan çaylar.

Çəkiyə nəzarət proqramı:
Uzaq qaçmaq: qırmızı ət, vetçina və bekon, günəbaxan tumları, qarabaşaq yarması, istiot, buğda və qarğıdalı.
Kömək edir: tofu, balıq, turş süd məhsulları, göyərti, yosunlar, ananas, vitaminlər və qida əlavələri (C vitamini, exinaseya, valerian, qanqal, qanqal südü, sink, selen), həzmetmə fermentləri (bromelayn, kversetin)

Vitaminlər və qida əlavələri: C vitamini, yemişan, exinaseya, valerian, qanqal, sink, selen.

4-cü qan qrupu üçün xüsusi tövsiyyələr
Çəkinin artması prosesi başlayanda AB növü A və B növlərinin gen qarışıqlarının təsiri altında qalır. Hər bu xüsusi problemlər yaradır. Misal üçün, sizin mədə şirənizin turşuluğu aşağıdır (A növünün əlamətidir), eyni zamanda B növünə xas olan ətə uyğunlaşma mövcuddur. Buna görə də, siz qismən ət yeməyə proqramlaşdırılmış olsanız da (B növü – hərşey yeyəndir), sizdə həmin ətin faydalı şəkildə həzm edilməsi üçün kifayət edəcək qədər turşuluq yoxdur ki, bu da həddən artıq piy qatının əmələ gəlməsinə yol açır.

Çəkinin aşağı salınması üçün ətdən istifadəni aşağı salmaq, tərəvəz və tofu (A və B növləi üçün gözəl zülal mənbəyidir) qəbul etməni artırmaq lazımdır.


Eyni problem paxlalar, qarabaşaq, qarğıdalı və sezam dənləri ilə mövcuddur. A növü üçün bu gözəl yeməkdir, lakin B növünün genlərinin iştirakı ona gətirib çıxarır ki, həmin məhsullar insulin ifrazını aşağı salırlar ki, nəticədə metabolizm prosesi ləng gedir. AB növünə qarabaşaq, paxlalar və qarğıdalıdan kənar qaçmaq lazımdır.

AB növündə 0 və B növlərində olduğu kimi buğdaya qarşı güclü qlütein reaksiyası yoxdur. Buna baxmayaraq çəkinin azaldılması üçün buğda və ondan hazırlanan məhsullardan uzaq qaçmaq lazımdır.
Etiketlər: məhsulları, qrupu, başqa, sistemi, qaçmaq, buğda, dieta, ondan, qarabaşaq, tərəfləri, qarğıdalı, çəkinin, Güclü, tövsiyyələr, aşağı, immun, Yaxşıdır, bütün, dəniz, qrupuna
BİZİ İZLƏYİN