• Arıqlamaq üçün nə lazımdır?

Reseptin məlumatları Baxış sayı: 426

Tarix : 16.09.2018, 10:00

Bölmə : Pəhriz (diet)




Möhkəm iradə
Qonaqlıqlarda qohum əqrəbanın – “əşiiii yeee bir dənədən heç nə olmaz” cümlələrinə aldanmayın. Bir dənədən heç nə olmur, amma bir dənədən sonra özünə stop demək çətin olur.

Limitləriniz olsun hər zaman. Axşam qonaqlıq varsa, gündüz yüngül yeyin, yaxud əksinə.

İdman
İdman etməyə sağlığınız imkan verirsə edin, gəzin, üzün, velosiped sürün. İşdən evə, evdən işə piyada alınırsa piyada gedin, yaxud uzaq dayanacaqda avtobusdan düşün. Liftdən istifadə etməyin. Bir sözlə hərəkətli olun. İdman zalına getməyiniz şərt deyil.

Qidalanma şərtləri.
Yağ, şəkər, un bunları həyatınızdan tam olmasa da həftənin 5 günlüyünə çıxarın.

Yağı gündəlik çıxarmasanız da, azaldın.

Pəhrizi ağız dadınıza uyğunlaşdırın. Sevmədiyiniz qidaları məcbur qəbul etməyin.

Pəhrizi pozduğunuz günün səhəri – qidalanmanızı minimum edin, bedeninizi dünənki ağırlıqdan təmizləyin. Növbəti gün bol su, tərəvəz yeyin, bitki çayları için.

Gündəlik rejim
Tez yatın, tez durun. O zaman gününüz uzun olacaq, gümrah olacaqsınız, bədəniniz dincələcək və kilolarl atmağa hazır olacaq.

Miqdar önəmlidir.
Məndə elə olub ki, günorta kartof qızartması yemişəm (kərə yağında!), amma cəmi cümü 1 kartofun qızartmasını :) Belə şeylər əlbəttə ki, kökəltmir. Çünki miqdarı az olur. Belə yemək insanı doydurmur, amma qırılmanın da qarşısını alır. Özünüzü məcbur etməyin, pəhrizi sevə-sevə tutun. Ona nifrət etsəniz yarıda qoyacağınız dəqiqdir.

Bir də, özünüzə görə arıqlayın və özünüzə vaxt qoymayın. Deməyin ki, dekabrın 31-inə kimi 10 kilo atacam, yaxud yanvarda toyumdur 17 kilo atmalıyam. Bu insanı sıxır və pəhriz möcüzəvi şəkildə alınmır. Özünüzü rahat buraxın, deyin filan günə qədər dietadayam, nə qədər gedər gedər.

İradəli olun, nəticə insanı sevindirir.

Mən demirəm hər kəs arıq olmalıdır.

Amma hər kəs özünə rahat kiloda mütləq olmalıdır.

Arıqlamaq istəyirsinizsə bunu təxirə salmayın. Yadınızda olsun, yaş keçdikcə kiloların getməyi də çətinləşir.

Aysel Hüseynova

Etiketlər: İdman, insanı, etməyin, dənədən, yaxud, yeyin, gedər, olsun, piyada, qədər, rahat, məcbur, Pəhrizi, olmalıdır, zaman, özünə, Özünüzü, olacaq, özünüzə, nifrət
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN