• Bir həftədə 8 kq arıqlamağın hiylələri

Reseptin məlumatları Baxış sayı: 34 883

Tarix : 16-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Arıqlamaq üçün ən tez üsul axtarırsan? O zaman sən doğru ünvandasan.

Burada sənin üçün vacib nüans, internet və televizordakı arıqladan dərmanların qurbanı olmamaqdır. Hər şeydən öncə sağlamlığına diqqət etməklə arıqlamaqdır.

Birinci əsas qayda: heç bir nahar arasını unutma. Qaydaya uyğun düzgün qidalan.

İkinci əsas qayda: aclıq hissi ilə yaşama. Aclıq hiss etdiyin an ye.

Birinci gün
Bugün sənin pəhriz proqramında vacibdir. Buna görə də bütün günü meyvələrə yer ayıra bilərsən. Fərqi yoxdur, hansı meyvə xoşuna gəlirsə. Əsas odur ki, banan siyahıdan çıxarılsın. Ən yaxşı seçim yemiş və qarpızdır. Hər hansı bir tərəvəz və ya başqa qidanı da çiy şəkildə yemə. Birinci gün 8-12 stəkan su içmək mütləqdir. Əgər acsan özünə assorti düzəlt. Heç cürə ac qalmaq olmaz.

İkinci gün
Bugün isə tərəvəzlərə həsr olunmalıdır. Yenə də hansı tərəvəzləri xoşlayırsansa onlardan istifadə edə bilərsən. Onu pendirlə yeyə bilərsən. Qaynadılmış şəkildə yemək istəsən yağ və duzdan istifadə etmə. Həm də kök, brokoli, xiyar, balqabaq, kahı, kələm, badımcanı da belə yesən faydalıdır. Bugün bir dəfə də olsa qaynadılmış kartof yemək vacibdir. Birinci gün kimi, ikinci gün də 8-12 stəkan su iç.

Üçüncü gün
Bugün həm tərəvəz, həm də meyvə günüdür. Sadəcə banan və kartof olmaz. Meyvə və tərəvəzləri ayrılıqda yeyin. Birlikdə yox. Səhər meyvə assortisi ilə özünə ziyafət ver, günorta və axşam isə meyvə ye. Bu iki naharda sadəcə 1-2 dilim meyvə yemək olar. Digər günlərdəki kimi, 3-cü gün də suyu unutma.

Dördüncü gün
Dördüncü gün menyuda südlü-bananlı pəhriz var. Gün ərzində 8-10 banan yeyib, 3 stəkan da süd içmək lazımdır. Başqa heç bir şey. Düzdür, bugün özünü daha çox ac hiss edəcəksən, amma axşam rahatlıq hissi bunu unutduracaq. Sadəcə unutma ki, ən az 4 dəfə qidalanmaq lazımdır. Südü isə səhər, günorta və axşam içsən yaxşıdır.

Beşinci gün
Pomidor sevən birisənsə 5-ci gün sənə bayram deməkdir. Səhər yeməyində bir kiçik kasa düyü, naharda isə 6-7 böyük pomidor yemək lazımdır. Bugün 12-15 stəkan su iç.

Altıncı gün
Bugün günorta naharında bir kasa düyü ye. Günün qalan hissəsini isə meyvə-tərəvəz yeməklə keçirdə bilərsən.

Yeddinci gün
Pəhrizin sonuncu günü kiçik qabda düyü və istədiyin bütün tərəvəzlərdən yeyə bilərsən. Amma bugün meyvə yemək olmaz, əvəzinə meyvələrin şirələrini içə bilərsən. Qeyd edək ki, bu pəhrizi ayda bir dəfə etmək məsləhətlidir.
Etiketlər: meyvə, bilərsən, Bugün, yemək, Birinci, stəkan, tərəvəz, olmaz, axşam, banan, unutma, lazımdır, hansı, günorta, vacibdir, hissi, pəhriz, bütün, özünə, naharda
BİZİ İZLƏYİN