• Həftədə iki kiloqram arıqlamaq istəyirsiniz?

Reseptin məlumatları Baxış sayı: 4 602

Tarix : 4-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Həftədə iki kiloqram atmaq istəyənlər üçün məsləhətlər:
* Yağlı süd əvəzinə az yağlı və ya yağsız süd için

* Az yağlı yogurtlar alın

* Salatlarınıza hər hansı sous və ya mayonez vurmayın

* Az yağlı pendirlərə üstünlük verin

* Qızardılmış yeməklər əvəzinə qaynadılmış və ya qril yeməklərə üstünlük verin

* Qırmızı ət əvəzinə balıq və toyuq yeyin

* Tərkibində krem olan yeməklərdən uzaq durun. Həftədə ancaq bir dəfə belə yeməkləri yeyə bilərsiniz.

* Həftədə dörd gün ən az yarım saat idman edin və ya qaçın.

Həftədə iki kiloqram arıqladan diet menyusu

Səhər yeməyi
Seçim 1 - 1 stəkan süd, 1 stəkan meyvə şirəsi, 1 orta ölçülü banan

Seçim 2 - 1 boşqab südlü müsli, 1 kiçik dilim pendir, 1 alma.

Seçim 3 - 1 bərk bişmiş yumurta, 1 dilim cemli tost çörəyi, 1 meyvəli yogurt

Günorta yeməyi
Seçim 1 - 1 pomidor, 50 gr. Dardanel ton balığı, 1 qaşıq qaynadılmış qarğıdalı,1 kiçik dəstə kahı, 1 qaşıq zeytun yağı,və limonla hazırlanmış salat. 1 orta ölçülü banan

Seçim 2 - 2 kiçik dilim çörək, 2 çay qaşığı kərə yağı, 2 dilim pendirlə hazırlanmış sendviç və 1 stəkan portağal suyu və alma i

Seçim 3 - 1 boşqab pomidor və ya qarışıq tərəvəz çorbası, üzərinə krem pendir sürtülmüş tost çörəyi, 1 dilim qarpız

Seçim 4 - 1 bərk bişmiş yumurta, t boşqab yağsız yaşıl salat, 50 qr. soyutma toyuq əti, 1 portağal 1

Seçim 5 - 1 boşqab qatıqlı çorba (3 qaşıq qaynadılmış düyüyə 3 qaşıq qatıq və bir miqdar su əlavə edərək qarışdırın və üzərinə nanə səpin), 1 boşqab incə doğranmış xiyar və pomidor, 2 ədəd qızartma ət

Seçim 6 - Balıq şnitzel (2 orta böyüklükdə balıq filəsini una batıraraq az yağda qızardın), 1 boşqab salat, 1 salxım üzüm 1

Seçim 7 - 80 qr toyuq əti, 30 qr kərəviz, kahı və bir qaşıq zeytun yağıyla hazırlanmış toyuq salatı, 1 dilim çörək, 1 armud

Seçim 8 - 1 boşqab pomidorlu spagetti (30 qr. spagettini qaynadın, bir nəlbəki doğranmış soğanı yağda qızardın və üzərinə pomidoru əlavə edərək sous halına gətirin, spagettini üzərinə əlavə edin), 1 stəkan ayran

Seçim 9 - 60 qr ət, 1 boşqab doğranmış pomidor və xiyar,1 alma

Seçim 10 - 1 boşqab pomidor çorbası, 1 boşqab kələm salatı (50 qr turp, 140 qr. qırmızı kələm, kahı və 1 qaşıq zeytun yağı ilə hazırlayın), 1 dilim kəpək çörək

Axşam yeməyi
Seçim 1 - 1 kasa mərcimək çorbası, 100 qr. soyutma toyuq, 1 boşqab qaynadılmış tərəvəz, vanilli dondurma

Seçim 2 - 3 ədəd soyutma sosisin yanında 1 soyutma kartof, yaşıl soğan və cəfəri ilə hazırlanmış kartof salatı, 1 ədəd meyvəli yogurt

Seçim 3 - 1 boşqab pomidor çorbası, 3 ədəd ətli kabak dolması, 1 boşqab meyvə salatı

Seçim 4 - 1 boşqab yağsız makaron, 2 ədəd qızartma balıq, 2 top meyvəli dondurma

Seçim 5 - 2 yumurta, 100 qr soyutma göbələk, bir az pendir, cəfəri və marqarinlə hazırlanmış göbələklik omlet, 1 stəkan ayran, 1 alma

Seçim 6 - 1 boşqab tərəvəz çorbası, 3 kotlet, 1 boşqab kök salatı, 1 şaftalı

Seçim 7 - 1 boşqab pomidor-yumurta (2 kiçik pomidor, 1 yumurta, 1 yaşıl bibər və 1 az qarabibər ilə hazırlayın) 1dilim qızardılmış çörək, 1 boşqab qatıq

Seçim 8 - 80 qr soyutma balıq, 1 boşqab rəndələnmiş kök və 1 orta boy soyutma kartof

Seçim 9 - 1 boşqab ton balıqlı makaron (1 boşqab qaynadılmış makaronun üzərinə 20 qr. təzə ton balığını, 1 pomidor və 1 az cəfərini doğrayın), 1 banan

Seçim 10 - 1 boşqab pendirli kartof salatı (100 qram soyutma kartof, 1 diş sarımsaq, 10 qr. pendir,cəfəri və 1 qaşıq zeytun yağı ilə hazırlayın), 1 portağal
Etiketlər: Seçim, boşqab, pomidor, soyutma, qaşıq, dilim, salatı, stəkan, qaynadılmış, yumurta, toyuq, hazırlanmış, üzərinə, kartof, çorbası, kiçik, pendir, balıq, çörək, Həftədə
BİZİ İZLƏYİN