• Arıqlaya bilməməyinizin səbəbi nədir?

Reseptin məlumatları Baxış sayı: 2 334

Tarix : 23-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Arıqlamağa çalışırsız? Bunun üçün hər gün idman, dietik qidalar qəbul edirsiz? Amma nəticə heç də ürəkaçan olmur? Deməli ki, təkcə idman və qidalanmaqla iş bitmir. Hardasa nəyisə düzgün etmirsiniz. Siz fərqində olmasanız belə mütləq çəki atmağınıza mane olan səbəblər var.

Gəlin bu səbəbləri birlikdə müzakirə edək.
Hormonal dəyişikliklər və ya hər hansı bir xəstəlik yoxdursa ümumilikdə çəki atmağa mane yaradan səbəblərin başında hərəkətsizlik, stress kimi nüanslar gəlir. Amma təbii ki, başqa səbəblər də var.

Lazımi qədər su qəbul etməmək
Yemək yeməmişdən 30 dəqiqə əvvəl 1 stəkan ilıq su içmək az qidalanmağınıza və metabolizmanızın sürətlənməsinə səbəb olar.

Bütün gün masa arxasında işləmək
Bütün günü ofisdə iş masanızın arxasından qaxlmırsınızsa bu vərdişinizi yeniləyin. Hər bir saatdan bir masadan qalxın və bir az gəzişin, idman hərəkətləri edin.

Qısa gəzintilərə çıxmamaq
Mümkün olduğu qədər gedə biləcəyiniz yaxın yerlərə gəzərək gedin. Hərəkət etməmək çəki atmağınıza mane olur.

Düzgün pəhriz saxlamamaq
Hər gün on cürə pəhriz menyusu oxuyuruq. Amma yadda saxlayın ki, hər gördüyünüz pəhriz menyusunu tətbiq etmək doğru deyil. Nəticə əks-təsir ola bilər. Əvvəlcə araşdırın, öz çəkinizə və sağlamlığınıza uyğun pəhriz proqramı seçin.

Qədərində yatmamaq
Lazımi qədər yatmamaq iştahanızın açılmasına səbəb olur. Bunun qarşısını almaq üçün də enerjinizi yüksəkdə saxlamalı və yaxşı yatmalısınız.

Digər səbəblər də mövcuddur

 Sürətli qidalanmaq

 Səhər yeməyini yeməmək

 Uzun müddət ac qalmaq

 Ac qarnına idman etmək

 Davamlı olaraq tərəzi ilə yaşamaq.
Etiketlər: idman, pəhriz, səbəblər, qədər, yatmamaq, Bütün, səbəb, Bunun, atmağınıza, etməmək, Lazımi, qəbul, etmək, gördüyünüz, saxlayın, təsir, deyil, doğru, Nəticə, tətbiq
BİZİ İZLƏYİN