• Soğanlı kartoflu keks resepti

Reseptin məlumatları Baxış sayı: 2 705

Tarix : 30-07-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 orta boy kartof,
1 kök,
1 orta boy quru soğan,
3 yumurta
1 stəkan qatıq,
1 su stəkanı zeytun yağı,
2 çay qaşığı duz,
1 paket qabartma tozu,
2 çay qaşığı qırmızı pul bibər,
1 yemək qaşığı quru nanə,
1/2 dəstə şüyüd,
2 su stəkanı un.

Üzəri üçün:
Kətan toxumu,
Küncüt,
çörəkotu

Hazırlanması:
Soyduğunuz kartofları nərdi zəri buöyüklügyündə küp-küp doğrayın.
Soğanı soyub yeməklik doğrayın və kökü soyub rəndələyin.
Kartoflarla kökü qarışdırın və bir kənarda gözlədin.
Yumurtaları dərin bir qaba qırıb qatıq və zeytun yağını əlavə edin.
Duz, qabartma tozu və ədviyyatları və incə doğradığınız şüyüdü əlavə edib qarışdırın.
Unu və soğanlı qarışığı yumurtalı qarışığa əlavə edərək yaxşıca qarışdırın.
Dördkünc (35×20 sm ) bir fırın qabını zeytun yağıyla yağlayın.
Hazırladığınız duzlu keksi qəlibə tökün və üzərini düzənləyin.
Üzərinə kətan toxumu, küncüd və çörəkotu qarışığı səpin.
Keksi öncədən 180 dərəcə qızdırılmış fırında ən az 40-45 dəqiqə üzəri qızarıncaya qədər bişirin.
İlıq hala gəlincə dilimləyərək servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, zeytun, əlavə, qabartma, çörəkotu, soyub, toxumu, doğrayın, qatıq, stəkanı, qarışığı, qarışdırın, keksi, tökün, üzərini, duzlu, qəlibə, yağıyla, 35×20, yaxşıca
BİZİ İZLƏYİN