• Üçrəngli çörək resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 199

Tarix : 3-05-2015, 21:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
200 q ispanaq
960 q un
15 q quru aktiv maya
1,5 ç.q. dəniz duzu
60 ml bitki yağı
0,5 qırmızı şirin bibər (paprika)
1 ç.q. üqüdülmüş paprika
350 q muskat boranısı (butternut)
5 q xaş-xaş
5 q küncüt
0.5 ç.q. zirə

Hazırlanması:
Yaşıl çörək üçün ispanağı blenderdə 100 ml su və bir qədər yağla çəkin, sonra bu püreni un, maya və 0.5 ç.q. duzla qarışdırın. Xəmir yoğurub isti yerdə 1 saat saxlayın.
Qırmızı çörək üçün una maya, 0.5 ç.q. duz, üyüdülmüş paprika, qabığı soyulub 120 ml su ilə bişirilmiş qırmızı bibər qatıb xəmir yoğurun. İsti yerdə 1 saat saxlayın.
Sarı çörək üçün 50-70 ml su ilə bişirilmiş boranıdan hazırlanan püre ilə un, maya və 0.5 ç.q. duzu qarışdırıb xəmir yoğurun. İsti yerdə 1 saat saxlayın.
Müxtəlif rəngli xəmirlərdən eyni miqdarda götürün.
Un səpilmiş masada xəmirlərdən eyni ölçüdə qalın jqutlar düzəldin.
Bunların yuxarı hissəsini birləşdirib hörün. Uclarını da birləşdirin.
Üzərinə dəsmal çəkib isti yerdə 20-30 dəqiqə saxlayın. Üzərinə su çəkin, hər çörəyin üstünə uyğun ədviyyat səpin.
220 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Şəbəkənin üzərində soyudub süfrəyə verin.

Üçrəngli çörək resepti - FOTO RESEPT

Üçrəngli çörək resepti - FOTO RESEPT

Üçrəngli çörək resepti - FOTO RESEPT

Üçrəngli çörək resepti - FOTO RESEPT

Üçrəngli çörək resepti - FOTO RESEPT

Üçrəngli çörək resepti - FOTO RESEPT

Üçrəngli çörək resepti - FOTO RESEPT

Üçrəngli çörək resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yerdə, saxlayın, çörək, paprika, dəqiqə, Üzərinə, bişirilmiş, xəmirlərdən, yoğurun, xəmir, çəkin, bibər, qırmızı, Bunların, soyudub, yuxarı, hissəsini, birləşdirib, düzəldin, süfrəyə
BİZİ İZLƏYİN