• Üzüm yarpağı çayının faydaları

Reseptin məlumatları Baxış sayı: 3 525

Tarix : 20-11-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Üzüm yarpağı çayının ishal, ginekoloji qanaxmalara qarşı böyük faydası vardır. Damar divarını möhkəmləndirən bu çay, varis genişlənməsini və ayaq damarlarında durğunluğu aradan qaldırır. Üzüm yarpağı çayı bir ay müddətinə içilsə alkoqol asılılığından xilas edir. Bu müalicə üsulu alkoqoldan ziyan görmüş bədəni təmizləyir, alkoqol zəhərlənmələrinin qarşısını alır. Üzüm yarpağı aşağıdakı kimi dəmlənir.

Üzüm yarpağı çayı necə hazırlanır?
10-12 ədəd üzüm yarpağının üzərinə 200 ml isti su tökülür və 5-7 dəqiqə qaynadılır, ilıq olan kimi içilir. Çayın orqanizmə bir çox faydası vardır:
-Damarları gücləndirir və damar keçiricilik qabiliyyətini tənzimləyir
-Ağciyər xərçənginin inkişafını ləngidir
-Cildi gəncləşdirir
-İshalı aradan qaldırır
-Ayaqlardakı şişi aradan qaldırır
-Alkoqol zəhərlənmələrinin qarşısını alır.
-İnsanları spirtli içkilərdən uzaqlaşdırır.
Etiketlər: yarpağı, qaldırır, aradan, vardır, alkoqol, qarşısını, faydası, zəhərlənmələrinin, gücləndirir, Damarları, damar, keçiricilik, qabiliyyətini, orqanizmə, Çayın, tökülür, üzərinə, dəqiqə, qaynadılır, içilir
BİZİ İZLƏYİN