• Reyhanın faydalı xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 1 831

Tarix : 25-09-2018, 20:00

Bölmə : Faydalı bitkilər


Hələ qədim zamanlardan reyhan öz antibakterial təsiri ilə seçilib. Əgər onun neçə cür xəstəliyə dərman olduğunu sadalasaq, o zaman reyhanı “əbədi həyatın eliksiri” adlandıra bilərik. Biz şişirtmədən sadəcə reyhanın nələrə qadir olduğunu vurğulamaq istəyirik.

Dünyanın bir çox xalqları bu bitkidən müalicə məqsədi ilə istifadə edir. Məsələn, hind təbabətində reyhanın güllərindən sidikqovucu və sakitləşdirici vasitə kimi istifadə edirlər. Həmçinin qonoreyanın, dizenteriyanın və xroniki ishalın müalicəsi üçün çox faydalıdır. Reyhanın kökləri də gərəklidir – uşaqlarda bağırsaq xəstəliklərinin sağalmasına kömək edir.

Çiçəklənmə dövründə yığılmış reyhanın yerüstü hissəsindən böyrək iltihablarının müalicəsində istifadə edilir.

Bu bitkinin faydası ilə yanaşı, həm də çox gözəl qoxusu var. Onu çaya və vannalara əlavə edirlər. Eləcə də bir çox ətirlərin hazırlanmasında reyhan yağından istifadə edirlər.

“Benediktin” və “Şartrez” likörlərinin reseptində də reyhan bitkisi yer alıb.

Reyhanın faydalı təsiri ilə bağlı sizə bir neçə sadə resept təqdim edirik. Onları hazırlamaq çətin olmayacaq, çünki hər evdə bu bitkidən var!

Qışda soyuqdəymə və angina zamanı reyhan köməyə gələr: 4 çay qaşığı əzilmiş reyhan yarpağını 250 ml. qaynayan suya tökürsünüz və 20 dəqiqə qaynadırsınız. Soyudub, süzürsüz və onunla boğazınızı gündə 2-3 dəfə qarqara edirsiniz.

Konyuktivit və ya göz qapaqlarının iltihabı zamanı 2 x.q. reyhan yarpağı üzərinə 500 ml. qaynayan su tökürsüz və soyumasını gözləyirsiniz. Sonra dəmləməni süzürsünüz. Gözlərinizi onunla kompress edə və yeməkdən əvvəl gündə 2-3 dəfə içə bilərsiniz.

Əgər gərgin iş günündən sonra başınız ağrıyırsa, bunun da çarəsi var! Reyhan, sürvə və ballınanəni xırda –xırda doğrayıb qarışdırırsınız. Bu qarışıqdan 1 çay qaşığı götürüb 200 ml. qaynayan suya tökürsüz və soyuması üçün 20 dəqiqə kənara qoyursuz. Sonra onun süzüb, içinə 1 ç.q. bal töküb kiçik qurtumlarla içirsiniz. 30 dəqiqə sonra hər şey keçib gedəcək. Bu dəmləmə həm də sakitləşdirici təsirə malikdir.

süfrem.az
Etiketlər: reyhan, istifadə, reyhanın, qaynayan, dəqiqə, edirlər, təsiri, qaşığı, Sonra, Reyhanın, bitkidən, onunla, sonra, sakitləşdirici, gündə, tökürsüz, olduğunu, zamanı, qarqara, üzərinə
BİZİ İZLƏYİN