• Cavanlığın ömrünü uzadan möcüzə

Reseptin məlumatları Baxış sayı: 17147

Tarix : 23.04.2015, 13:00

Bölmə : Faydalı bitkilər


Hər bir insan cavanlığının ömrünü uzatmaq istəyir. Yaşın üstə yaş gəldikcə bu istək daha da artır. Bəs bu istəyi necə reallaşdırmalı? Çox sadə bir üsul bu istəkdə olanları heyrətləndirəcək.

Cavanlığınıza yeni bir ömür vermək istəyirsinizsə sarmısaq suyu sizin köməyinizə çatacaq. Sarmısaq suyunu hazırlamaq çox sadə və asandır. Bunun üçün sarmısaqdan istifadə etdikdən sonra onun qabıqlarını atmayın. Bur qaba yığıb saxlayın. Bu möcüzəvi suyu hazırlamaq üçün bir stəkan suyu qaynadın. Su qaynadıqdan sonra 2-3 dəqiqə gözləyin ki, su çox da qaynar olmasın. Bundan sonra onun üzərinə bir ovuc ağ sarmısağın qabığını əlavə edin və təxminən 6-8 saat gözləyin. Bu müddətdən sonra sarmısaq suyu hazırdır.

Sarmısaq suyunu gün ərzində 4 stəkan qəbul edin. Kişilər bu suyu istənilən bir ayın 10-dan 20-nə kimi, qadınlar isə 20-dən 30-na kimi qəbul etməlidirlər. Bu suyu isti, hətta ilıq şəkildə içmək qəti yolverilməzdir. Mütləq şəkildə soyuq halda qəbul edilməlidir.

Vaxt məhdudiyyəti olarsa sarmısaq suyunu əvvəlcədən də hazırlaya bilərsiniz. Yəni hər dəfə bir stəkan hazırlayıb 6-8 saat vaxt itirməmək üçün gündəlik normanı hazırlayın. Bunun üçün 4 stəkan su və 4 ovuc sarmısaq qabığından istifadə etməlisiniz.

Sarmısaq suyunun qəbulundan sonra siz orqanizminizdəki müsbət dəyişikliklərin, xüsusilə dərinizin inanılmaz dərəcədə gözəlləşməsinin şahidi olacaqsınız.

Sarmısaq suyunun möcüzəsi bununla bitmir. Növbəti yazılarımızda bu haqda geniş yazı təqdim edəcəyik. Siz də o vaxta qədər istifadə etdiyiniz sarmısağın qabıqlarını yığın ki, təbiətin bu möcüzəsi əlinizin altında olsun.


Etiketlər: sonra, stəkan, Sarmısaq, sarmısaq, suyunu, qəbul, istifadə, qabıqlarını, şəkildə, hazırlamaq, Bunun, sarmısağın, suyunun, gözləyin, möcüzəsi, məhdudiyyəti, olarsa, etməlisiniz, edilməlidir, halda
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
arzum-aysum
hec vaxt ice bilmərəm
23 aprel 2015 23:06
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN