• Banan qabığının faydaları

Reseptin məlumatları Baxış sayı: 16 238

Tarix : 25-04-2015, 14:00

Bölmə : Faydalı bitkilər


Banan qabığının bildiyimizdən daha çox faydası var. Bu faydaları öyrəndikdən sonra qabığını zibilə atmaq istəməyəcəksiniz. Banan qabığının içini ağcaqanadın sancdığı yerə sürtdüyünüz zaman qaşıntı və şişkinlik aradan qalxır. Ayaqlardakı qabarların yumşalması üçün, banan qabığının içini qaşıqla götürüb qabarların üstünə qoyun və bağlayın. Bir neçə saat sonra açıb təmiz su ilə yuyun. Diz ağrılarının keçməsinə köməkçi olmaq üçün banan qabığıyla dizləri ovun Bundan əlavə, ən sağlam dondurmanı da banandan hazırlaya bilərsiniz.

Bir neçə dənə bananı soyub, parçalara ayırıb, 30 dəqiqəliyinə buzzanaya atın, donmayana yaxın götürün, blendrdan keçirin, istəsəniz süd də əlavə edə bilərsiniz. Sonra sevdiyiniz dad ilə dadlandırın. Məsələn, kakao, vanil, moruq, hər şey əlavə edə bilərsiniz
Etiketlər: bilərsiniz, əlavə, qabığının, banan, içini, sonra, qabarların, Banan, soyub, bananı, parçalara, dondurmanı, Bundan, dizləri, sağlam, ayırıb, banandan, hazırlaya, donmayana, dadlandırın
BİZİ İZLƏYİN