• Çiyələyin faydaları

Reseptin məlumatları Baxış sayı: 4453

Tarix : 15.11.2016, 15:00

Bölmə : Faydalı bitkilər


Çiyələk mövsümü artıq başladı. Hər kəsin sevdiyi bu giləmeyvənin faydalarından xəbərdarsınızmı? Yaz aylarının imtina edilməz meyvəsi olan çiyələyin insan orqanizminə xeyiri saymaqla bitmir. Rəngi, qoxusu və dadı ilə ən çox sevilən giləmeyvələrdən biri olan çiyələkdə bol miqdarda fosfor və dəmir var. Çiyələyin faydaları arasında, ilk sırada C vitamini ilə zəngin olması durur. 8 ədəd çiyələk yeyərək gündəlik C vitamini ehtiyacınızın 1.5 qatını ödəmiş olursunuz.

Çiyələk bədənə qüvvət verir; Damar tıxanıqlığının qarşısını alır və xolesterolu azaldır. Xərçəng xəstəliyinə qarşı qoruyucu xüsusiyyəti var və həzm sisteminin nizamlı fəaliyyətini təmin edir. Bağırsaq qurdlarının tökülməsinə kömək edir, qanı təmizləyir, bədəndən zərərli maddələri uzaqlaşdırır.

Sevgi giləmeyvəsi sayılan çiyələk, həmçinin diş ətlərini gücləndirir, ağız qoxusunu aradan qaldırır. Hətta bir çox Hollywood ulduzlarının dişlərini çiyələklə masaj edərək ağartdığı da qeyd olunur.

Çiyələk sakitləşdirici təsirə malikdir, stressi azaldır, təzyiqi tənzimləyir, hərarəti endirir. Revmatizm (oynaq ağrılarını) ,və qaraciyər xəstəliklərini dəf edir. Dərini nəmləndirib təzə bir görünüş qazandırır.

Çiyələyi müxtəlif salatlar, yoqurtlar, şirniyyat və dondurmalar, spirtli və spirtsiz içkilərin istehsalında istifadə edə bilərsiniz.

Əminik ki, sevimli giləmeyvənizin sadalanan faydalarını oxuduqdan sonra, təbiətin bizə verdiyi bu möcüzəvi ləzzəti süfrələrinizdən əskik etməyəcəksiniz!

Etiketlər: Çiyələk, azaldır, çiyələk, vitamini, sakitləşdirici, təsirə, edərək, malikdir, ağartdığı, olunur, tənzimləyir, Revmatizm, oynaq, endirir, hərarəti, təzyiqi, stressi, masaj, ətlərini, gücləndirir
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica