• Moruğun faydaları

Reseptin məlumatları Baxış sayı: 2 236

Tarix : 6-03-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Moruğun meyvələrində bir sıra müalicə əhəmiyyətli maddələr vardır.

Bunlardan: alma və limon turşularını, C vitaminini, karotini, az miqdarda B1 vitamini, həmçinin çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza şəkərlərini göstərə bilərik.

Bunlardan başqa meyvələrində 0,3 % aşı maddəsi, diqlükoza sianidin adlanan flavonoid də müəyyən edilmişdir.

Təbabətdə qurudulmuş moruq meyvəsindən çay kimi dəmləyib, soyuqdəymə zamanı tərlədici və temperaturu azaldıcı dərman kimi geniş istifadə edilir. O, həmçinin ödqovucu və sidikqovucu təsirə də malikdir.

Təzə dərilmiş moruq meyvələrindən hazırlanmış mürəbbə və şərbət böyrək xəstəliyinin və soyuqdəymənin ən yaxşı dərmanıdır.
Etiketlər: Bunlardan, miqdarda, həmçinin, moruq, meyvələrində, geniş, edilir, istifadə, dərman, temperaturu, dəmləyib, meyvəsindən, soyuqdəymə, zamanı, ödqovucu, tərlədici, azaldıcı, dərilmiş, xəstəliyinin, böyrək
BİZİ İZLƏYİN