• Hindistan qozunun faydaları

Reseptin məlumatları Baxış sayı: 1540

Tarix : 16.01.2018, 14:00

Bölmə : Faydalı bitkilər




Son illər Avropa ölkələrində Hindistan qozundan kosmetika sənayesində istifadə olunur. Hindistan qozu tropik ərazilərdə yetişdirilir və meyvəsi yeyilir. Hindistan qozunun suyu içilir həmçinin də içnin ağ hissəsindən də istifadə edilir. Hindistan qozu zeytun kimi yağlıdır və Yağı çıxarılaraq kometika növlərində həmçinin qidalarda istifadə edilir. Hindistan qozunun ağ hissəsi yetişdiyi tropik ölkələrdə qədim zamanlardan istifadə edilsə də bizim mətbəximizdə yalnız bu meyvə ilə şirniyyatlar hazırlanarkən istifadə edilir.

Hindistan qozunun yağı necə hazırlanır?
Hindistan qozunun yağı maye və qatı formada satılır. Maye forması copra hissəsindən əldə edilir. Qatı forması isə təzə Hindistan qozu meyvəsindən soyuq sıxma üsulu ilə əldə edilir. Əvvəl süd vəziyyətinə salınır daha sonra tərkibindən yağı ayrılır.

Təbii və faydalı olan, Hindistan qozunun yağı yeməklərdə həmçinin dəri qulluğu üçün də çox geniş şəkildə istifadə edilir. Hindistan qozu yağından aşağıda qeyd olunan hallarda istifadə edilə bilər:
1. Hindistan qozunun yağı bəsləyici xüsusiyyətlərinə görə üz, göz və bədən üçün nəmləndirici kimi;
2. İçindəki anti-bakterial sayəsində yaraların daha asan sağalmasına kömək edən vasitə kimi;
3. Üzdən makiyajı təmizləmək üçün;.
4. Xoşa gəlməz qoxuya qarşı dezodorant kimi;
5. Yeməklərdə;
6. Saç kremi olaraq və ya saç daramağı asanlaşdırmaq üçün;
7. Şəkərlə qarışdırıldıqda maska kimi;
8. Dodaq kremi olaraq;
9. Kişilər təraş sonrası losyon olaraq istifadə edə bilər.

Etiketlər: Hindistan, istifadə, edilir, qozunun, olaraq, həmçinin, forması, bilər, hissəsindən, kremi, tropik, xüsusiyyətlərinə, bəsləyici, bədən, faydalı, nəmləndirici, sayəsində, bakterial, İçindəki, edilə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN