• Çiyələk limonadı resepti

Reseptin məlumatları Baxış sayı: 3 353

Tarix : 15-05-2017, 17:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1\2 stəkan şəkər tozu
450 qr çiyələk (soyulmuş)
3\4 stəkan limon suyu
4 stəkan qazlı su

Hazırlanması:
Sadə şərbət hazırlamaq üçün orta boy qazana şəkər tozu və 1\2 stəkan suyu əlavə edirik. Şəkər tozu əriyənə qədər 2-3 dəqiqə qaynadırıq. Hazır olandan sonra soyuması üçün kənara qoyuruq.

Meyvə suyu çəkən maşına (blenderə) çiyələyi əlavə edirik, 1-2 dəqiqə çiyələk püre halına gələnə qədər çəkirik, daha sonra tənzifdən süzürük.

Dolçaya(sürahiyə) çiyələk püresini, limon suyunu və şərbəti əlavə edirik. Daha sonra soyusun deyə soyuducuya qoyuruq.

Süfrəyə verərkən qazlı su və buz əlavə edirik.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, edirik, sonra, çiyələk, qoyuruq, qədər, qazlı, limon, dəqiqə, şəkər, süzürük, tənzifdən, halına, gələnə, çəkirik, Dolçaya, suyunu, soyuducuya, Süfrəyə
BİZİ İZLƏYİN