• Çiyələkli limonad resepti

Reseptin məlumatları Baxış sayı: 2 768

Tarix : 31-07-2017, 21:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 ədəd limon,
2 çay st. şəkər tozu,
1 kasa çiyələk,
1 litr su,
nanə

Hazırlanması:
Əvvəlcə limonların qabığını sürtgəcdən keçiririk. Üzərinə 1 st. şəkər tozu əlavə edib, əlimizlə ovuruq və aroması üçün gözlədirik. Çiyələkləri blenderdən keçirdirik. Üzərinə qalan şəkər tozunu əlavə edib, yenidən blenderdən keçirdirik (şəkər əriyənə kimi). Ardınca limonların suyunu sıxıb, tökürük. Son olaraq kənarda gözlətdiyimiz, şəkərli limon qabığını əlavə edib, qarışdırırıq və su tökürük. Təzə nanə yarpaqları, limon dilimləri və buz ilə birlikdə servis edirik.

Nuş olsun!
Etiketlər: şəkər, limon, əlavə, blenderdən, Üzərinə, limonların, tökürük, keçirdirik, qabığını, kənarda, olaraq, sıxıb, gözlətdiyimiz, yarpaqları, servis, edirik, birlikdə, dilimləri, qarışdırırıq, suyunu
BİZİ İZLƏYİN