• Dadlı fri kartof hazırlamaq üçün məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 13459

Tarix : 25.09.2014, 13:30

Bölmə : Məsləhətlər




Kartofu yağa batırmazdan əvvəl salfetlə tamamilə qurutmağınız yaxşıdır. Əks halda su ilə təmasa girən yağ qızdıqca çırtlayıb sizi yandıra bilər.

Fri kartofunu hazırlayarkən rafinə edilmiş bitki yağlarına üstünlük verin. Bu zaman günəbaxan, zeytun, pambıq, qarğıdalı yağlarından istifadə edə bilərsiniz. Unutmayın ki, kartofda bu yağların dadını hiss edəcəksiniz.

Yağın lazımi temperaturadək qızdığını təyin etmək üçün 1 dilim kartofu tavadakı yağa salın. Əgər dərhal üzə çıxır, kənarlarında da qovuqcuqlar yaranırsa, deməli, əsl vaxtıdır. Ancaq belə olmursa, demək ki, yağın qızmasını bir qədər də gözləmək lazımdır.

Fri kartofunu hazır olduqdan sonra duzlamaq lazımdır, əks halda o, xırt-xırt olmaz. Yaxşı olar ki, kartofu boşqaba çəkib süfrəyə verərkən duzlayasınız.

Etiketlər: kartofunu, halda, lazımdır, kartofu, qovuqcuqlar, yaranırsa, Ancaq, vaxtıdır, deməli, kənarlarında, dərhal, etmək, təyin, qızdığını, dilim, tavadakı, olmursa, salın, çıxır, qızmasını
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
emis
kartof qizartmasini cox sevirem le indide onnan yedim geldim cox dadliydi
22 oktyabr 2014 15:35
2
Offline
can_can
kartof qizartamsini sevirem ama yaxsi qizaranda
8 oktyabr 2014 14:47
1
BİZİ İZLƏYİN